Qışın gəlişi ilə birlikdə evlərdə qazın istehlakı artıb. Ailələrin
əksəriyyəti qış dövründə evlərini məhz təbii qazla isidir və buna
görə də bəzi hallarda qazın təzyiqi azalır.
“Artıq bir neçə gündür qaz çox az yanır. Su da qızdıra
bilmirik, istilik sistemini heç demirəm”, – Marneuli
sakini, təqaüdçü bildirir. O, təbii qazın təzyiqinin artırılmasını
tələb edir.
“Socar Georgia Gas”-ın qaynar xəttindən “Marneuli” radiosuna
bildirdilər ki, qışın gəlişi ilə birlikdə artıq təbii qazın
ötürülmə təzyiqi tənzimlənib. Qaynar xətdən onu da qeyd etdilər ki,
əgər vətəndaşa qaz aşağı təzyiqlə verilirsə, o, ərizə ilə “Socar
Georgia Gas”-a müraciət etməlidir. Bundan sonra xüsusi qrup gedəcək
və yerində qazın təzyiqini yoxlayacaq, problemi aradan
qaldıracaq.
“Socar Georgia Gas”-la əlaqə saxlamaq üçün qaynar xətt nömrəsi 16
114 ilə əlaqə saxlaya və ya qeyd olunan elektron poçt ünvanına yaza
bilərsiniz:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it