Bələdiyyə Məclisi binasının yeni tenderinin dəyərini 30 000 lari artırıblar
Marneuli Bələdiyyə Məclisi binasının tikintisi üçün smeta sənədlərinin tərtib edilməsinə görə yeni tender elan edilib.

Yerli özünüidarə məbləği 30 000 lari artırıb və təmxini məbləğ 72 000 lari təşkil edir. Bələdiyyə Məclisi binası üçün ilk tender 42 000 lari elan edilmişdi. Ancaq həmin tender baş tutmadı. Şirkətlər yeni tenderdə 10-15 iyunda iştirak edə biləcəklər. Qalib şirkət müqavilə bağlandıqdan 95 gün ərzində işləri bələdiyyəyə təhvil verməli olacaq.

Bələdiyyə Məclisi üçün yeni binanın inşa edilməsinə qanunvericilik orqanında işləyən şəxslərin sayının çox olması səbəb olub. İndiki mərhələdə meriya yalnız Bələdiyyə Məclisi binasının smeta sənədlərinin tərtib edilməsini planlaşdırır. Tikinti işləri üçün isə 2024-cü ilin büdcəsindən vəsait ayrılacaq.

Bələdiyyə Məclisinin yeni binasının tikiləcəyi bina Marneuli İctimai Kitabxanasının yanında yerləşir.




Print ელ. ფოსტა
FaceBook Twitter Google