1 iyun tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar
Marneulidə aktivliklər keçiriləcək.
Marneuli Mədəniyyət Mərkəzi və Marneuli İctimai Kitabxanasının
birgə təşkilatçılığı ilə müxtəlif növ uşaq əyləncə tədbirləri
planlaşdırılır.
Mədəniyyət Mərkəzinin məlumatına görə, aktivliklər İctimai
Kitabxananın parkında, saat 11:30-dan 14:00-a kimi keçiriləcək.
- Eksperimentoriya-elmi şou
- Amerika Guşəsi – masa oyunları
- Üzə şəkil çəkmək
- Əl işləri və xalça toxumaq dərnəyi – Xalça toxuma
və iplərin boyanması ilə bağlı masterklass
- Mənim dostum təşkilatı “Dream partner”-un maraqlı
oyunları və şən startlar
- Maradisi kənd məktəbinin “Eko
klubu”
- Çiçəklərin sərgi-satışı
- Marneuli 2 saylı ictimai məktəbinin “Bizim
gələcəyimiz üçün” vətəndaş klubu - əl işlərinin
sərgi-satışı
Saat 17:00-da Marneuli Mədəniyyət Evinin konsert zalında Mədəniyyət
Mərkəzində fəaliyyət göstərən vokal studiyasının konserti
keçiriləcək.
Meriyanın təşkilatçılığı ilə və Maneulinin Məktəbəqədər Hazırlıq
Mərkəzinin iştirakı ilə həmin gün planlaşdırılmış mədəni-idman
aktivliklərinin keçirilməsi.
“Dünya Uşaqlarına Sülh” adlı tədbirdə təqdim olunacaq:
• Əyləncə məkanı;
• Rəsm çəkməklə bağlı masterklass;
• Animatorların şousu;
• Nağıl qəhrəmanlarının 2 saatlıq performansı;
Uşaqların əhval-ruhiyyəsinin qayğısına DJ qalacaq;
İdman aktivliyi-cüdo üzrə masterklass (Cüdi Kids İdman Məktəbində
keçirilir).
Meriyanın məlumatına görə, tədbir Cavaxişvilinin Büstünün
yerləşdiyi parkda saat 15:00-da başlayacaq və saat 17:00-da başa
çatacaq.