Marneulidə çəyirtkələrə qarşı dərmanlama işlərinə başlanılıb
Marneuli bələdiyyəsinin Şaumyan və Böyük Muğanlı kəndlərində çəyirtkələrə qarşı dərmanlama işlərinə başlanılıb.

Qeyd olunan kəndlərdə 60 hektar ərazi Milli Qida Təhlükəsizliyi Agentliyinin xüsusi texnikası vasitəsi ilə və müvafiq preparatlarla dərmanlanıb. Marneuli meriyasının veb-səhifəsində yayımlanmış məlumata görə, dərmanlamaya başlayana qədər özünüidarə nümayəndələri yerli əhalini planlaşdırılmış tədbirlə bağlı məlumatlandırıblar.

“Bitkilərin mühafizəsi üzrə mütəxəssislər əhalini təhlükəsizlik normalarına riayət etməyə çağırıblar. Dərmanlama aparılan zaman heyvanları dərmanlanmış ərazidən uzaqlaşdırılmalıdır və gözləmə dövrünə riayət edilməlidir. Dərmanlamaya başlayana qədər özünüidarə nümayəndələri yerli əhalini planlaşdırılmış tədbirlərlə bağlı məlumatlandıracaqlar. Çəyirtkə kənd təsərrüfatı üçün ciddi təhlükə deməkdir. Şərqi Gürcüstanda əsasən təhlükəli zərərverici – İtaliya çəyirtkəsi yayılıb və kənd-təsərrüfatı bitkilərinə zərər verir, yaşıl örtüyü məhv edir”, – meriyadan bildirirlər.

Milli Qida Təhlükəsizliyi Agentlyindən “Marneuli” radiosuna verilən məlumata görə, dərmanlama işlərinin davam etdirilməsi monitorinq işlərindən asılı olacaq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google