Qızılhacılı bağçasında işlərin başa çatdırılması üçün ikinci dəfə tender elan olunub
Marneuli meriyası Qızılhacılı uşaq bağçasında qalan işlərin həyata keçirilməsi və həyətin abadlaşdırılması işləri üçün 478 909 lari dəyərində tenderi təkrar elan edib.

May ayında elan edilmiş birinci tenderdə heç kim iştirak etməyib. Sənədlərə görə, qeyd olunan vəsaitlə Qızılhacılı bağçasında dəmir hasarın və darvazanın tikilməsi planlaşdırılır. Həyətdə kanal, bordürlər, dekorativ daşlarla cığırlar düzəldiləcək, yaşıllıq salınacaq və s.

Yeni tenderdə iştirak etmək istəyən şirkətlər 9-12 iyun tarixlərində öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağladıqdan sonra 90 gün ərzində işləri meriyaya təhvil verməlidir.

Təxminən iki ildir ki, bağçada təmir işləri aparılır. Zaur Kərəmovun 1 may tarixində “Marneuli” radiosuna verdiyi məlumata görə, bağçanın açılışı yeni tədris ilində planlaşdırılır. Vəsaitin 24%-i mərkəzi, 76% isə yerli özünüidarənin büdcəsindən maliyyələşdirilir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google