Fevralın 6-da Rövşən və Etibar İsgəndərovların məhkəmə iclası
keçirilib. Orada ittiham tərəfinin 3 şahidi dindirilib.
Etibar və Rövşən İsgəndərov seçki saxtakarlığında ittiham
olunurlar. Oktyabrın 26-da 69 saylı Marneuli seçki məntəqəsində
Rövşən və Etibar İsgəndərovların seçki qutusuna bülleten atdığını
əks etdirən video yayılıb.
Məhkəmədə 69 saylı seçki məntəqəsinin komissiya üzvləri dindirilib.
Daşınan seçki qutusunu aparan Lalə Cəlilova
və Yaqub Layışov,
seçicilərin axınını tənzimləyən Nizam Əzizbəyov.
İş üzrə hər üç şahid seçki qutusunun doldurulmasının şəxsən şahidi
olmadıqlarını və bunu yalnız videodan gördüklərini bildiriblər.
Daşınan seçki qutusuna baxış keçirən komissiya üzvləri həmin vaxt
məntəqədən kənarda olduqlarını, axın nəzarətçisi isə insident
zamanı arxasını seçki məntəqəsinə çevirdiyini, heç nə görmədiyini
deyir.
Rövşən İsgəndərovun vəkili hər üç şahiddən Rövşən İsgəndərovun
seçki qutusuna qoyduğu zərflərdə həqiqətən də seçki bülletenlərinin
olduğuna əmin olub-olmadığını soruşub.
Lalə Cəlilova
“Bilmirəm, bəlkə olub, bəlkə də
yox” deyib.
“Zərf var idi, amma içində nə olduğunu
bilmirəm”, - deyə Yaqub Layışov bildirib.
Dindirmə zamanı şahidlər Marneuli Bələdiyyə Məclisinin sədr müavini
olmuş Rövşən İsgəndərovun həbs olunana qədər harada işlədiyini də
bilmirdilər.
“Bizim deputatdır, çox yaxşı insandır. Necə və nə
üzərində işlədiyini bilmirəm. Mən bilirəm ki, o, bizim
deputatdır”, - Lalə Cəlilova deyib.
“Gürcüstanda deputatdır, rayonda işləyir. Təkcə bunu
bilirəm”, - Nizam Əzizbəyov deyib.
Daşınan seçki qutularının təftiş komissiyasının üzvü Lalə Cəlilova
nə deyir?

“Mən də komissiyanın üzvü idim, amma qutunu Yaqub
Layışovla aparmışam. Biz xəstələrə imza atmaq üçün xəstəxanaya
gedəndə saat doqquzun yarısı idi. Vaxt dəqiq yadımda deyil, saat
birin yarısı idi, yoxsa birdən əvvəl, qayıtdıq. Maşından qayıdanda
gördük ki, məntəqəmizin qarşısında xeyli adam var, amma nə baş
verdiyini başa düşmədik, mən maşından düşən kimi qəfildən
jurnalistlər mənə hücum etdilər. Bu mövzu haqqında nə deyərdiniz,
dörd-beş jurnalist soruşdu? Mən də əsəbiləşib dedim ki, heç nə
görməmişəm, nə olduğunu siz deməlisiniz, mən yeni gəlmişəm, oradan
qayıtmışam, hirslənib evə getmişəm”.
Prokuror seçki məntəqəsindəki xaosun nədən yarandığını və niyə bu
qədər insanın toplaşdığını soruşduqda Cəlilova cavab verib ki, xaos
bülletenlərin atılması nəticəsində yaranıb.
“Evə gedəndən sonra müəllimlər mənə zəng edib
soruşdular ki, Lalə xanım, nə baş verir? Eşitmişik ki, sizin
məntəqədə belə şeylər olur. Nə baş verib? Onlar Facebook-da
şəkilləri görüb nə baş verdiyi ilə maraqlanıblar. Mən də hələ
görməmişdim, evə təzə girmişdim, hirsləndim, sonra dedilər ki, nə
baş verir. Rövşəni gördüm və nə bilim, onun əslində belə edəcəyini
düşünməmişdim, bəlkə kimsə onu incidib, bilmirəm və
görməmişəm”.
Lalə Cəlilova xatırlayır ki, mobil qutunu məntəqədən çıxararkən,
saat 9:30 radələrində məntəqənin qarşısında Rövşən İsgəndərovu
görüb -
“Hamını salamladı, salam verdi, hərləndi və
getdi”.
Rövşən İsgəndərovun vəkilinin suallarını cavablandıran Cəlilova
Rövşən İsgəndərovun seçki qutusuna bülletenləri atmasını əks
etdirən videodan danışıb. O deyib ki, videoda Rövşənin qutuya
bülleten atması görünür, amma o, Rövşənin bunu qəsdən etdiyini
düşünmür.
“Gördüm ki, Rövşən onu hirslə atdı, belə də gördüm.
Düşündüm kimsə ona nəsə deyib, məncə Rövşən bunu
etməzdi”.
Daşınan seçki qutularının təftiş komissiyasının üzvü Yaqub Layışov
nə deyir?

“Qayıdanda gördük ki, çox adam var. Səbəbini anlaya
bilmədik. Sonra nə baş verdiyini, saxta bülletenlərin atıldığını
telefonla eşitdik. Videoda Rövşən İsgəndərov olub, digərinin kim
olduğunu bilmirəm. Videoda gördüm ki, əlində bülletenlər
var.
Prokuror -
Onda bu bülletenləri hara
aparmısınız?
Yaqub -
Bilmirəm, ancaq fotoda
görmüşəm.
Prokuror -
Başqa hansı məlumatınız
var?
Yaqub -
heç nə.
Məhkəmə iclasında üçüncü şahid Nizam Əzizbəyov olub.

Nizami “Güclü Gürcüstan” partiyasından Seçki Komissiyasına üzv
olub, seçki günü axın tənzimləyicisi idi.
“Mən seçki məntəqəsində idim. Səhər yeddidən birə
qədər. Mən “Güclü Gürcüstan” partiyasının nümayəndəsi idim. Qapının
ağzında dayanıb içəri girən insanların dırnaqlarını və şəxsiyyət
vəsiqələrini yoxlayırdım. Orada seçiciləri qarşılayırdım, müşahidə
edirdim. Beş nəfər qeydiyyatçı olduğu üçün beş nəfəri içəri
buraxırdım. Beş nəfər səs verib bülleteni atdıqdan sonra, mən
onları çıxarıb qalan beş nəfəri içəri
buraxırdım.
Prokuror -
Niyə yalnız
saat 1-ə qədər məntəqədə olmusan?
Nizami -
Ona görə ki, saat 12:00-da, ya da birin
yarısında belə bir hadisə baş verdi və komissiya üzvləri seçki
məntəqəsinin bağlanması barədə qərar qəbul
etdilər.
Prokuror -
Deyirsən belə bir şey olub, nə
olub?
Nizami -
Mən bunu ancaq videoda görmüşəm. Mən əslində
görməmişəm. Arxamı o tərəfə çevirmişdim və videoda gördüm.Videoda
Rövşən əlində bülleten tuturdu. Mən şəxsən görməmişəm, desəm
görmüşəm, yox. Eşitdim ki, bu bülletenləri kimdənsə alıb və Rövşən
atıb. Belə eşitdim, amma videoda başqa cür
çəkilib”.
Üçüncü şahidin dindirilməsindən sonra iş üzrə hakim Vladimir
Tsitlauri məhkəmə iclasını qapalı elan edib. Rövşən və Etibar
İsgəndərovun növbəti məhkəmə iclası fevralın 20-si saat 13:30-a
təyin edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415