İkinci Kosalı kəndində 80-ə yaxın ailəyə içməli su verilmir – meriya nasosu 4 350 lariyə təmir edəcək

Marneuli Bələdiyyəsinin İkinci Kosalı kənd sakinlərinin bir hissəsinə 5 gündən artıqdır ki, içməli su verilmir.


Marneuli meriyasının imzaladığı sadələşdirilmiş müqaviləyə görə, İkinci Kosalı kəndi ərazisində yerləşən içməli su quyusu sıradan çıxıb və 80-ə yaxın ailə içməli su ilə təmin olunmayıb.

“Bununla əlaqədar xatırladaq ki, İkinci Kosalı kəndinin əhalisinin içməli su ilə təminatının vaxtında bərpa

olunması məqsədilə mövcud quyu suyu nasosunun yenisi ilə əvəz olunmasını məqsədəuyğun hesab edirəm”,
– sadələşdirilmiş müqavilədə qeyd olunub.

Merin Kəpənəkçi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən İlham Hüseynov Marneuli merinə içməli su nasosunun nasazlığı barədə aprelin 7-də rəsmi məktubla məlumat verib.

Marneuli meriyası bu gün, aprelin 11-də “PN” MMC ilə sadələşdirilmiş müqavilə imzalayıb. Meriya ilə şirkət arasında bağlanmış müqaviləyə əsasən, bələdiyyə tərəfindən su nasosu, nasos qurğusu, elektrik kabeli alınıb. Marneuli meriyası “PN” MMC-yə 4350 lari ödəyib.

Marneuli meriyası ilə “PN ” MMC arasında bağlanmış müqaviləyə əsasən, şirkət aprelin 24-dək içməli su nasosunu təmir etməlidir.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google