Marneulidə şəbəkə mağazalarında çörəyin qiyməti 10–15 tetri bahalaşıb

Marneulidə şəbəkə mağazalarında çörəyin bəzi çeşidlərinin qiyməti qalxıb.


“Marneuli” radiosu şəhərin bir neçə şəbəkə mağazasında oldu və orada çörəyin qiymətinin 10 və 15 tetri artdığını bildirirlər.

"Bu gün səhərdən bəzi çörəklərin qiymətlərinin artdığını gördük. Bəziləri 10 tetri, bəziləri 15 bahalaşıb. İndi qiymətləri yeniləyirik", – şəbəkə mağazalarından birinin əməkdaşı bildirir.

Supermarketlərdə 440 qramlıq çörəyin qiyməti 1

laridən 1,15 lariyə qədər qalxıb. Məhəllə mağazalarında indiki mərhələdə çörəyin qiymətində artım qeydə alınmayıb. Marneuli şəhərində yerləşən 2 "məhəllə mağazasında" bildirdilər ki, çörəyin qiyməti hələ də 70 tetridir.

"Qiymətlər hələ də eynidir. Qiymət artımı barədə eşitməmişəm", - satıcılardan biri bildirir.

Marneulidəki çörəkxana sahibi “Marneuli” radiosuna çörəyin bahalaşması ilə bağlı məlumatı olmadığını və onların çörəkxanasında 1 lavaşın qiymətinin hələ də 1,30 lari olduğunu bildirib.

Bu gün, oktyabrın 15-də BMG çörəyin bahalaşması ilə bağlı məlumat yayıb. BMG ilə söhbət zamanı Çörəkçilər Assosiasiyasının rəhbəri Malxaz Dolidze bildirib ki, çörəyin qiymətinin 10 tetri bahalaşmasına səbəb unun qiymətinin və müəssisələrdə maaşların artmasıdır.

"Yalnız iki istehsalçı bir məhsul növü üçün qiymətləri tənzimləyib. Söhbət 10 tetridən gedir, həmin 10 tetridən istehsalçılara təxminən 7 tetri qalır. Məsələ ondadır ki, bu il unun qiyməti çox artıb",
- Malxaz Dolidze bildirib.

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google