Marneulidə kəndə dəstək proqramı fevralın 10-dan başlayır
Fevralın 10-da Marneulidə kəndlərə dəstək proqramı çərçivəsində sakinlərlə görüşlər başlayacaq.

Meriyada proqramla bağlı iş görüşü keçirilib. “Marneuli” radiosunun görüş barədə məlumatı yoxdur, lakin yerli hökumətin yaydığı məlumata görə, 2025-ci il kəndlərə dəstək proqramı ilə bağlı işçi qrupun üzvləri ilə görüşü şəhər merinin birinci müavini Roin Dekanoidze keçirib.

“İclasda kəndlərə dəstək proqramı çərçivəsində həyata keçiriləcək hazırlıq işləri
və tədbirlər planı müzakirə edilib. Marneuli meri Kənan Ömərovun sərəncamı əsasında proqram çərçivəsində ümumi yığıncaqların və məsləhətləşmələrin keçirilməsi, eləcə də maliyyələşdiriləcək layihələrin seçilməsi üçün işçi qruplar yaradılıb”
- Bu barədə meriyanın yaydığı məlumatda deyilir.

"Marneuli Bələdiyyəsində kənd görüşləri 10 fevral 2025-ci il tarixində başlayacaq. Bələdiyyənin əhalisi prosesdə iştirak edərək yaşayış məntəqələrinə uyğun olaraq maliyyələşdiriləcək layihələri müəyyənləşdirəcək” - bələdiyyə yazır.


2025-ci ildə Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan kəndlərə dəstək proqramı üçün Marneuli bələdiyyəsinə 1 232 000 lari ayrılıb.

Görüşlərin qrafiki və yeri barədə hələlik məlumat verilməyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები