Marneulidə mer seçkiləri 19 may tarixində keçirilə bilər
Yerli özünüidarəetmə seçkiləri güman ki, 19 mayda keçiriləcək. Məhz həmin gün Marneulidə növbədən kənar mer seçkiləri baş tutacaq. Çünki keçmiş mer Temur Abazov məhkəmə proseslərinin gedişatına görə, Marneuli merliyi statusundan imtina edib.

Bu haqda məlumat 20 martda baş tutan Mərkəzi Seçki Komissiyaının iclasında məlum olub. MSK-nın mətbuat katibi Ana Dolidze media ilə söhbətində bildirib ki, MSK 19 mayda növbədən kənar mer və bələdiyyə məclislərinin aralıq seçkilərinin keçirilməsini planlaşdırır.

“İclasda MSK növbədən kənar mer və bələdiyyə məclislərinin orta seçkiləri üçün bəzi prosedurları və vaxtı müəyyən edib. Bildiyiniz kimi qanunvericiliyə əsasən bu hər iki seçkilər may ayında baş tutmalıdır, ancaq onların təyin edilmə vaxtı və müvafiq müddətləri fərqlidir. Ona görə də seçki administrasiyası planlaşdırır ki, növbədən kənar mer və bələdiyyə məclislərinin aralıq seçkiləri məhz Gürücstan parlamentinin aralıq seçkilər keçirilən vaxt, yəni 19 mayda keçirilsin” – Ana Dolidze bildirib.

20 martda baş tutan iclasda MSK parlamentin orta seçkilərinin tarixini müəyyən edib. Gürcüstan parlamentinin aralıq seçkiləri 1 saylı majoritar dairədə baş tutacaq. Çünki Salome Zurabişvili prezident olana qədər məhz həmin dairənin majoritarı olub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google