Proporsional sistemin gözlənilmədən dayandırılması etimadsızlığı artırdı - ABŞ və Avropa İttifaqı səfirlikləri
Baş
verən hadisələrlə bağlı Amerika səfirliyi və Avropa İttifaqının
Gürcüstandakı nümayəndəliyi bəyanat yayımlayıb.
Bəyanatda qeyd olunur ki, proporsional seçki sisteminə keçidlə
bağlı qanun layihəsinin qəbul edilməməsi hakimiyyət və müxalifət
arasında etimadsızlığa səbəb oldu. Buna görə də diplomatik
missiyalar hər iki tərəfi dialoqa çağırır. Belə ki, ABŞ səfirliyi
və Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi tərəfləri ölkənin
maraqları yönündə hərəkət etməyə çağırıb.
“Amerika Birləşmiş Ştatlarının səfiri və Avropa İttifaqının
Gürcüstandakı nümayəndəliyi Parlamentin 2020-ci ildə seçkilərin tam
proporsional sistemə keçidi üçün lazımı Konstitusiya
dəyişikliklərini qəbul etməməsinə görə gürcü ictimaiyyətinə öz
dərin təssüfünü bildirir. Proporsional seçki sisteminə keçidin
sürətləndirilməsi ilə bağlı yayda qəbul edilmiş qərar Gürcüstan
demokratiyası baxımından atılan vacib addım kimi qiymətləndirildi
və bununla yanaşı siyasi konsensus və bütün tərəflərin bu məqsədə
nail olmaq üçün birgə çalışmaq öhdəliyi də var idi. Keçən cümə
axşamı bu prosesin gözlənilmədən dayandırılması etimadzsılığı
artırdı və hakim partiya ilə digər siyasi partiyalar və ictimaiyyət
arasında gərginliyə səbəb oldu.
Bugünkü vəziyyəti nəzərə alaraq hesab edirik ki, hökumət, bütün
siyasi partiyalar və ictimaiyyət arasında etimadın bərpa edilməsi
və hörmətə əsaslanan dialoq vasitəsilə uyğun olan yolun tapılması
üçün dərhal fəaliyyətə başlamaq lazımdır.
Biz dinc yolla toplanmaq hüququ və ifadə azadlığını dəstəkləyirik.
Bu hüququ həyata keçirən bütün tərəfləri qanunu qorumağa və
Konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq.
Bütün tərəfləri ölkənin maraqları istiqamətində hərəkət etməyə
çağırırıq”- bəyanatda deyilir.