"Gürcü Arzusunun" keçmiş naziri Aleksi Petriaşvili yolu bağladığına görə 5000 lari cərimələndi
Aleksi Petriaşvili, Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə Gürcüstanın keçmiş dövlət naziri, 17 yanvarda keçirilmiş “Ataların və oğulların marşı” zamanı yolu bağladığına görə 5000 lari məbləğində cərimələnib. Tbilisi Şəhər Məhkəməsinin hakimi Zviad Tsekvava Petrişvilini bu ittihamla cəzalandırıb.

Aleksi Petriaşvilinin sözlərinə görə, onu Rustavelidə yolu bağladığına görə cərimələyiblər, lakin o hadisə yerinə çatanda, yol artıq bağlı olub.

Jurnalist və aparıcı Eka Mişveladze sosial şəbəkədə paylaşım edərək, Petriaşvilinin cərimələnməsinə münasibət bildirib. O qeyd edib ki, Petriaşvili 17 yanvarda keçirilən "Ataların və oğulların marşı"nda iştirak edirdi və həmin vaxt polis özü vətəndaşlara yolun bağlanmasında kömək edirdi.

"Bu barədə yazmalıyam, baxmayaraq ki, ölkədə daha böyük ədalətsizliklər baş verir və onlarla insan daha çox diqqətə layiqdir, o cümlədən aclıq edən Mziya Amağlobeli və Temur Katamadze! 17 yanvarda keçirilən marş Rustavelidə başa çatdı. Kadrlarda aydın görünür ki, polis özü yolda dayanır və vətəndaşlar yolun bağlanmasında iştirak edirlər. Buka da onların arasında idi. Polis artıq maşınları Rustaveliyə buraxmır və digər istiqamətə yönləndirirdi. Bütün bunlar kadrlarda qeydə alınıb. Amma iki məsul şəxs DİN-dən bu faktları görməməzlikdən gəldi və ağın üzərinə qara deyirdi. Bu ədalətsizliyə baxmaq, dinləmək və dözmək çox çətindir. Lakin mübarizə zəruridir! Mübarizə sona qədər davam edəcək, ta ki, Gürcüstanı İvanişvilinin rejimindən azad etməyincə! Oliqarkiyaya qarşı mübarizə davam edir!" – Mişveladze yazır.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415







Print ელ. ფოსტა
თეგები: Aleksi Petrişvili
FaceBook Twitter Google