Dövlət yalnız lari ilə verilmiş kreditlərə biznes zəmanətçilik edəcək
Kredit-zəmanət sxeminə çərçivəsində yalnız lari ilə verilmiş kreditlər qoşulacaq, kreditin maksimum miqdarı isə 2 mln lari olacaq – bu haqda kredit-zəmanət fondunun konsepsiyasında qeyd olunub.

Mövcud məlumata görə kiçik və orta biznesə sistemə qoşulmaq üçün sonrakı meyarları qane etmək lazım olacaq:

•“Kredit götürənin dövriyyəsi son 3 il ərzində orta hesabla 20 mln laridən çox və onun ümumi kredit öhdəliyi kredit götürən məqamda 8 mln laridən çox olmamalıdır. Əgər kredit şirkətlər tərəfindən götürülürsə hər biri ayrı-ayrılıqda qeyd olunan meyarları qane etməlidir.

•Kreditin minimal həcmi 50 min, maksimum isə 2 mln larini təşkil edir. Şirkətlər tərəfindən kredit götürlən halda kreditin maksimum miqdarı 2 mln laridir.

•Yeni müəssisə açan halda istehsalın başlanğıcı zəmanət verildikdən ən gec 24 ay ərzində planlaşdırılmalıdır. Mövcud müəssisə olan halda isə başlama zəmanət verildikdən 12 ay ərzində olmalıdır. Qeyd olunan dövr kreditin müdəttinə daxildir.

•Zəmanətin maksimum müddəti ən çox 7 ildir. Zəmanətin müddəti kreditin müddətini aşmamalıdır.

•Sxem çərçivəsində zəmanətlər yalnız lari ilə olan kreditlərə veriləcək.

•Fəaliyyət növləri: İstehal və işlətmə, elektrik enerjisinin istehsalı, tədrisi fəaliyyət, təlim mərkəzləri, xidmətlərin ixracı, işlənmiş kənd təsərrüfatı, araşdırmalar və işləmlər, tibbi xidmət, mehmanxana sektoru, kafe-restoranlar, (iş növlərinin siyahısı klassifikatora uyğun nəzərdə tutulub).

Kredit-zəmanət Fondunun konsepsiyası hazırda Milli Bankla və Maliyyə Nazirliyi ilə işlənmə və razılaşma prosesindədir, müvafiq olaraq korrektə oluna bilər.

Mövcud konsepsiyaya əsasən kredit-zəmanət sxemi mövcud kredit siyasəti ərivəsində kredit götürmək və ya sektorda, bazarda yüksək risk xarakteri ilə seçilən yetərli təminatı olmayan kiçik və orta biznesin maliyyələşdirilməsinə dəstək olacaq. Sxemə “Gürcüstanda istehsal et” Agentliyi rəhbərlik edəcək.

Məlum olduğu kimi 1 apreldən kredit-zəmanət mexanizmi qüvvəyə minəcək və onun çərçivəsində kiçik və orta biznes tərəfindən qəbul edilən bank kreditinin maksimum 70%-nin zəmanətçisi kredit-zəmanət fondu olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google