Gürcüstanda benzinin qiyməti ucuzlaşmaqda davam edir
Gürcüstanda benzin növbəti dəfə iki-üç tetri
ucuzlaşıb.
Son günlərdə demək olar ki, bütün şirkətlər yanacağın qiymətini
azaltmaqda davam ediblər.
SOCAR yanacaq doldurma məntəqələrində “Avro reqular”ın bir litri
2.26 laridən 2.23 lariyə qədər ucuzlaşdırıb.
Digər yanacaqdoldurma məntəqələri də qiymətləri aşağı salıblar.
“Gulf” şəbəkəsində “Avro reqular” 2.26-dan 2.24-ə, “Lukoil”-da
2.25-dən 2.22-yə və “Vissoil”-da 2.32-dən 2.29 lariyə qədər
azalıb.
Bundan əvvəl benzin qiymətinin ucuzlaşması fevral ayında və martın
əvvəlində də müşahidə olunub. Ötən ilin son ayı ilə müqayisədə
yanacağın qiyməti təxminən 20-25 tetri ucuzlaşıb.
Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvilinin
sözlərinə görə, Gürcüstanda qiymətlərin azalması beynəlxalq bazarda
son aylarda baş verən hadisələrlə əlaqədardır.