2025-ci ilə qədər Gürcüstan hökuməti ölkəyə təxminən 11
milyon beynəlxalq səyahətçinin səfər edəcəyini gözləyir. 2019-cu
ildə bu rəqəm 9,4 milyon olub, 2022-ci ilə qədər onların sayı 5
milyona çatmalıdır.
Beynəlxalq ziyarətçilərin həyata keçirdikləri səfərlərə gəlincə,
hökumətin gözləntilərinə görə, onların sayı 2025-ci ildə 7,6 milyon
olacaq ki, bu da ölkəyə bu növ səfərlərin 7,7 milyonu ötdüyü
2019-cu ilin göstəricisindən bir qədər azdır.
İqtisadiyyat Nazirliyinin hazırladığı turizm strategiyasına əsasən,
2025-ci ilə qədər ölkə turizmdən 5,2 milyard dollar gəlir əldə
edəcək. 2019-cu ildə pandemiyadan əvvəl ölkə beynəlxalq turizmdən
3,2 milyard dollar əldə edib.
Ölkə səlahiyyətliləri 2025-ci ilə qədər ölkəyə hava yolu ilə daxil
olan ziyarətçilərin faizinin 60%-ə qədər artacağını düşünür. Ötən
il bu göstərici 51% təşkil edib. 2025-ci ilə qədər ziyarətçilərin
orta xərclərinin 490 dollar olacağı gözlənilir [2019-cu ildə bu
rəqəm 349 dollar idi], qalma müddəti isə orta hesabla 5 gecə
olacaq.
Mənbə:
BM