Tbilisinin 109 saylı uşaq bağçasının yetirmələrinin valideynləri Kaxa Kaladzenin bağçaya gəlməsini tələb ediblər
Tbilisinin 109 saylı uşaq bağçasının yetirmələrinin valideynləri Tbilisi meri Kaxa Kaladzenin Beri Qabriel Salosun küçəsinə gəlməsini tələb ediblər.
109 saylı uşaq bağçasının binasının yanında patrul polisi mobilləşib. Bağın həyətində isə valideynlər uşaqlarla birgə toplaşıblar. Onların bəyənatına görə, uşaq bağçasının binasının uçurulmasına qərar verilib və buna etiraz edirlər.

Tbilisi Bələdiyyə Məclisinin “Milli Hərəkat” fraksiyasının üzvü Levan Xabeişvili də hadisə yerində olub və valideynləri dəstəkləyib.

Valideynlər müəyyən şəxslərə bağın qapısını açmağa icazə verməyiblər.

Valideynlər bağçanın bağlanması ilə əlaqədar etiraz edirlər və bildirirlər ki, onların meriyanın dediyi bağçaya uşaqlarını aparmaq imkanları yoxdur. Valideynlərdən biri Kaxa Kaladzeyə müraciət edib və bildirib ki, gedib yerində onların suallarını cavablandırsın.

“Kaxa Kaladze vəd versin ki, bağçanın binası bərpa olunacaq və uçurulmayacaq. Gəlsin və bizimlə danışsın. Facebookda canlı yayım qoşmaq bizə lazım deyil”, - bildirib valideyn Mariam Tsxvediani.

Print ელ. ფოსტა
FaceBook Twitter Google