Türkiyədə seçkilər - İqtidar müxalifəti səsləri oğurlamaqda ittiham edir
Türkiyədə 31 mart tarixində yerli özünüidarə seçkiləri keçirilib. Türkiyə mətbuatının yaydığı məlumata görə, ilkin nəticələrə əsasən, ölkənin ən böyük şəhəri İstanbulda müxalif Cümhuriyyət Xalq Partiyasının (CHPP namizədi Əkrəm İmamoğlu 48.79% səs toplayaraq qalib gəlib. 48.52% səs toplayan qtidar partiyası Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binali Yıldırım isə ikinci olub.

"Hürriyet"in xəbərinə görə, Ədalət və İnkişaf Partiyasının İstanbul təşkilatının rəhbəri Bayram Şenocak seçkilərdə ciddi pozuntular olduğunu bildirib. O, verdiyi bəyanatda İstanbul miqyasında etibarsız sayılan səslərin çoxluğuna diqqət çəkib, protokolların düzgün tərtib olunmadığını bildirib. Qeyd edək ki, İstanbulda 290 271 bülleten etibarsız sayılıb.

İqtidar partiyası seçkilərin nəticələrinə etiraz etməyə və səslərin yenidən sayılmasını tələb etməyə hazırlaşır.

"Evrensel.net"in yazdığına görə, Əkrəm İmamoğlu da məsələyə münasibət bildirib.

“Bütün CHP-lilər seçki komissiyalarında keşik çəkməyə gəlsin. Əgər seçki protokolunda hər hansı bir pozuntu olduğuna dair sübut varsa, etiraz edə bilərlər, etməlidirlər. Ancaq məsələni tamamilə 300 minədək etibarsız bülletenə bağlamaq düzgün deyil. Arada ciddi say fərqi var, 23-24 min səs fərqi var. İndi gözlərini etibarsız sayılmış bülletenlərə dikiblər. 2014-cü il seçkilərində 400 mindən artıq etibarsız sayılmış bülleten vardı, indi isə 300 min də yoxdur, həm də seçicilərin sayının artmasına rəğmən. Birlikdə gedəcəyik, özüm də keşik çəkəcəyəm. Orada olan dostlar komissiyanı əsla tərk etməyəcəklər”, – deyə İmamoğlu bildirib.

Qeyd edək ki, ilkin nəticələrə görə, 31 mart tarixində keçirilən yerli bələdiyyə seçkilərində AKP bələdiyyələrin çoxunda qalib gəlsə də, Ankara, İstanbul, İzmir, Antalya kimi böyük şəhərlərdə müxalifət partiyası CHP qalib gəlib.

“Marneuli” radiosu

Print ელ. ფოსტა
თეგები: Elections Seçkilər Turkey Türkiye
FaceBook Twitter Google