Misirdə bombalı hücum, ölənlər var
Misirin Sina yarımadasında həyata keçirilən iki ayrı bombalı hücum nəticəsində 8 adam ölüb 27 nəfər yaralanıb.

Misirin Daxili İşlər Nazirliyinin məlumatına görə, bombalı hücumların ilkində Sina yarımadasının Şeyx Zuveyd şəhərində bir bazar hədifə götürülüb. Hücum nəticəsində 4-ü polis əməkdaşı olmaqla 7 nəfər həyatını itirib, 26 adam yaralanıb. Refah şəhərində həyata keçirilən bombalı hücumda isə bir əsgər ölüb, biri də yaralanıb.

Hücumların Misir Prezidenti Abdulfəttah əl-Sisinin ABŞ-na səfərinin davam etdiyi dövrdə törədildiyinə diqqət çəkilir.

Mənbə: trt.net.tr
Print ელ. ფოსტა
FaceBook Twitter Google