404 შეცდომა
  • PHPImageWorkshop\Exception\ImageWorkshopBaseException: [2]: File "/var/www/marneulifm.ge/public_html//images/temp/2018/10/04/bf4bf3c46df8f47ef0e6c9d862ad7cb2.jpg" not exists.
Xəbərlər
"Pfizer" uşaqlar üçün vaksini gələn tədris ilinədək hazırlayacaq
"Pfizer" 12-15 yaşlı uşaqlar üçün yeni növ koronavirus (COVID-19) əleyhinə vaksini növbəti tədris ili başlayanadək hazırlayacaq.

Bu barədə "Pfizer"in peyvənd klinik tədqiqatları və inkişafı üzrə baş vitse-prezidenti Uilyam Qraber bildirib.

Onun sözlərinə görə, şirkət hazırda kliniki sınaqlar həyata keçirir, artıq 12-15 yaş aralığından olan 2 259 yeniyetmədə vaksinin tətbiqi dəyərləndirilib və yaxın vaxtlarda effektivlik və təhlükəsizliklə bağlı məlumatlar ictimaiyyətlə paylaşılacaq.

Qraber onu da qeyd edib ki, yaşı 18-dən az olanların vaksinasiyası virusun yayılmasının qarşısının alınması baxımından önəmli addım olacaq.

Mənbə: apa.az
FaceBook Twitter Google
დაიცავი დისტანცია