Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi
qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə
taktiki-xüsusi təlimləri başlayıb.
Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının
yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin
təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.
Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə
sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların
qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin
açılması və digər tədbirlər icra olunacaq.
Təlimlər aprelin 8-dək davam edəcək.
Mənbə:report.az