Avropa Birliyi (AB) Komissiyası Türkiyədəki meşə yanğınları ilə
mübarizəyə dəstək üçün 3 yangınsöndürmə təyyarəsi göndərəcək.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
AB Komissiyasından bildirilib ki, təbii fəlakətin qarşısının
alınması üçün Xorvatiyadan 1, İspaniyadan 2 “Canadair” təyyarəsi
göndəriləcək.
Birliyin böhran vəziyyətləri üzrə məsul şəxsi Janez Lenarik AB-nin
bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edərək,
"Daha çox kömək etməyə hazırıq", -
deyib.
Mənbə: report.az