Qrenlandiyada havanın temperaturunun artması səbəbindən buz
təbəqəsi sürətlə əriyir.
Bu barədə “Deutsche Welle” xəbər verib.
Məlumata görə, iyulun 28-dən bəri hər gün təxminən səkkiz milyard
ton buz əriyib - bu, yay mövsümündə gözləniləndən iki dəfə
çoxdur.
Ötən çərşənbə günü – iyulun 28-də havanın rekord – 19,8 temperaturu
qeydə alınıb. Ümumilikdə 2021-ci ilin yazında ada 100 milyard
tondan çox buz itirib.
Qeyd edilir ki, əgər Qrenlandiyanın buz örtüyü tamamilə ərisə,
dənizin səviyyəsi azı 6 metr artacaq. Nəticədə dünyanın sahilyanı
şəhərləri su altında qalacaq, hərçənd onlar daim bu təhlükə ilə
üz-üzədir.
Mənbə: report.az