Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını
alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 6 hərbi qulluqçusu
şəhid olub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik
zirvəsinə ucalan hərbi qulluqçuların sayı 77-yə çatıb.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət
sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində
genişmiqyaslı təxribat törədilib.