İlon Mask ABŞ-ın Federal Ticarət Komissiyasının qaydalarını və “X”
sosial şəbəkəsində (keçmiş “Twitter”) məxfilik və təhlükəsizliyi
pozmuş ola bilər.
Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, məhkəmə iddiası sentyabrın 11-də Federal Ticarət
Komissiyası adından qaldırılıb.
“İlon Mask “X Corp”a ciddi nəzarət edirdi və bəzən işçilərinə
məlumatların məxfiliyini və təhlükəsizliyini təhdid altına sala
biləcək əmrlər verirdi”, - ABŞ Ədliyyə Nazirliyindən
bildirilib.
Həmçinin Federal Ticarət Komissiyası araşdırma aparıb və şirkətdə
xaotik mühit olduğunu aşkar edib ki, bu da Mask və digər
menecerlərin “X Corp”un tələblərinə uyğunluğu təmin edib-etmədiyinə
dair ciddi suallar doğurur.