İsfahan Əliyev Almaniyalı rəqibinə qalib gələrək Avropa çempionu oldu
Qardabani rayonun Qaracalar kəndinin 26 yaşlı sakini İsfahan Əliyev 14 aprel tarixində Almaniyanın Haiger şəhərində keçirilən WFMC versiyasi üzrə peşəkar K-1 ( kilboksinq) üzrə yarışda iştirak edərək qalib gəmişdir. İsfahan 62.5 kq çəki dərəcəsində Avropa kəməri uğrunda mübarzədə Almaniyalı rəqibi Max Musalçik qalib gələrək Avropa çempionu olmuşdur. Onun sözlərinə görə o bu yarışlara ciddi hazılaşıb.

İsfahanın sözlərinə görə o ilk sevincini ailəsi və öz dostları ilə bölüşüb. İsfahan onu da əlavə etdi ki, dünya şöhrətli idmançılardan ilham alaraq idmana həvəslənərək öz gələcəyini bu sahədə qurmuşdur.

Isfahan Əliyev bu yarışa WFMC- Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərovun rəhbərliyi altında qatılıb. WFMC- Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərovun sözlərinə görə bu yarış komandası üçün çox uğurlu keçdi. Tofiq onuda əlavə etdi ki, hal hazırda onlar iki ay sonra Hollandiyanın Amsterdam şəhərində baş tutacaq yarışa hazırlaşırlar.

Xatırladaq ki, 2018-ci il yanvarın 6-da, Turkiyədə keçirilən peşəkarlar arasında kikboksinq yarışında İsfahan Əliyev 65 kq çəki dərəcəsində rövanş döyüşündə öz rəqibinə qalib gələrək “Peşəkar Kəmər” sahibi olmuşdur.

"Marneuli" Radiosu
Print