FOTO - Bakıda "Sağlam Gələcəyə, Sağlam Gəncliklə" Qran Pri yarışı keçiriləcək
Bu
gün, 24 dekabr tarixində saat 20:00-da Bakı şəhərində "Sağlam
Gələcəyə, Sağlam Gəncliklə" Qran Pri yarışı
keçiriləcək.
EL-1
idman təşkilatının təşkilatçılığı ilə Azərbaycan Gənclər Fondu və
Azərbaycan Mədəniyyətlərarası Əməkdaşlıq Liqasının dəstəyi ilə
keçirilən yarışda Gürcüstan idmançıları da iştirak edəcəklər. Bu
haqda məlumatı Gürcüstan Sayokan Fedarasiyasının prezidenti Faiq
Məmmədov dedi.
Onun sözlərinə görə, yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100
illik yubileyinə və İlham Əliyevin doğum gününə həsr olunub.
4 nəfər Batumidən və 1 nəfər Rustavidən olan idmançılar yarışda
iştirak edəcəklər.
Onu da əlavə etdi ki, Gürcüstan idmançıları 4 nəfər karate və bir
nəfər idmançı qaydasız döyüş üzrə yarışa qatılacaqlar.
Yarış Bakı şəhərində yerləşən Qafqaz Biznes Mərkəzində
keçiriləcək.