Bolnisinin “Sioni” komandası yeni mövsüm üçün hazırlığa başlayıb
Milli liqa 1-də qalan Bolnisinin “Sioni” komandası bu gün komandaya yeni qoşulmuş oyunçuları təqdim edib və yeni mövsüm üçün hazırlığa başlayıb.
Temur Şalamberidzenin komandası bu gün Muxiani məşq bazasında ilk məşqini keçirib. “Sioni”nin sıralarına yeddi yeni futbolçu qoşulub. Gələn mövsüm ərzində Bolnisililəri – Qapıçı Levan İsiniani, hücumçü Tamaz Maqatsaria, yarım müdafiəçilər – Anzor Suxişvili, Davit Rajamaşvili, Tornike Tarxnişvili, müdafiəçilər – Arçil Tviltiani və Nikoloz Apakidze təmsil edəcək.

“Sioni” yanvarın sonuna qədər Tbilisidə hazırlaşacaq, sonra isə Antaliyaya səfər edəcək, orada bir neçə dostluq görüşü keçirəcək.

“Sioni” Milli liqanın birinci turunda səfərdə Kutaisinin “Torpedo” komandası ilə qarşılaşacaq.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google