Gürcüstan həndbolçular yığması Avropa çempionatının seçim mərhələsinə qoşulublar
14:50 / 11.01.2019
Gürcüstanın həndbol üzrə milli yığması bu
gündən Avropanın 2022-ci il çempionatının birinci seçim
mərhələsinin görüşlərini keçirəcəklər.
Maltada Gürcüstan yığmasının məşqçisi Serbi Corce Raşiçinin debütü
baş tutacaq. Gürcü həndbolçular B qrupda Azərbaycan, Kipr və Malta
yığmasına qarşı oynayacaqlar.
İkinci kvalifikasiya mərhələsində qalib gələn iştirak edəcək. 32
yığm səkkiz qrupa bölünəcək. Avropa çempionatının final
mərhələsində qrupların qalibləri, ikinci yeri tutanlar və dörd ən
yaxşı üçüncü yerin sahibi yarışacaq.
11 yanvar
20:00 Kipr-Azərbaycan
22:30 Gürcüstan-Malta
12 Yanvar
19:00 Azərbaycan-Gürcüstan
21:30 Malta-Kipr
13 Yanvar
17:00 Kipr-Gürcüstan
19:30 Azərbaycan-Malta