Gürcüstan idmançıları Türkiyədə keçirləcək yarışa qatılacaqlar
Bu ilin 8-10 mart tarixində Türkiyənin İstanbul şəhərində böyüklər və gənclər arasında "Muay Thai Open Cup Gala" peşəkar yarış keçirləcək. Yarışa Gürcüstandan üç idmançı – İsfahan Əliyev, Emin Xəlilov və Fərid Ocaqverdiyev qatılacaq. Bu haqda məlumatı yarışın nümayəndə heyətinin sədri Tofiq Əkbərov dedi.

Tofiq onu da bildirdi ki, hələlik onlar yarışa üç idmançı ilə qatılmağı planlaşdırırlar. Əgər mərkəz tərəfindən onlar üçün əlavə idmançının iştirakı üçün yer ayrılarsa, o zaman idmançıların sayı arta bilər.

Qeyd edək ki, Türkiyəyə səfər edəcək hər üç idmançı Gürcüstan Taiboksinq Kikboksinq Milli Federasiyası və Wfmc Gürcüstan Döyüş Növləri Mərkəzinin idmançlarıdırlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google