Valideyn uşağa gələcək verməlidir, gələcəyini əlindən almamalır - Ellada Rzayevanın səsli fikri
Qadın olmağın asan olduğu bir cəmiyyət yoxdur..Bütün cəmiyyətlərdə qadın olmaq,bitməyən bir mübarizə mənasına gəlir.

Mənim yaşadığım cəmiyyətdə isə bu, mübarizə daha doğulmadan başlayır.Hərşey bu cümləylə başlar, qızdırsa doğma!...Daha ana bətnindəykən istənməyən evlad olmaq isə, qizlarin həyata 0-1 məğlub başlamasının başlanğicidır.Bu məğlubiyyət,elə dərindir ki, əgər çox güclü deyil və mübarizə aparmaq qabiliyyətin yoxdursa,həyatın boyu məğlub olmağa məcbursan...!

Həyatın sonrakı mərhələlərində nələr olduğunu,bilmək istəyirsinizsə bu hərbirimiz üçün, aydındır hər etapda bir xal daha itirirsən...Daha,uşaqkən qadının hərzaman ikinci planda olduğu və yaxud da tamamən dəyərsiz oldugunu, yeridər qızının beyninə, yenə həmin dəyərlərlə böyümüş bir qadın „Ana“.Sən qızsan, az danış, Sən qızsan sənə olmaz,o oğlandı nə etsə yeri var və.s.Daha uşaqkəndən dəyərsizlik hissini qəbul etməyə məcbur qalarsan, hansiki ömür boyu səni təqib edəcəkdir...

Yeniyetməlik dövründə,qız uşaqlarının yanında elmdən təhsildən danışanana çox da rast gəlmədim...On dörd,on beş yaşında qızların yanında, evlilikdən danişa-danişa ,həyatda qazanıla bilinəcək tək nailiyyətin biraz imkanlı biriylə evlənmək olduğunu yerləşdirirlər balaca uşaqların beyninə və ən pisidə nədir bilirsizmi bu uşaqlar bunun onlar üçün doğru qərar olduğuna inanmaları...

Erkən evlilik, xəyal qırıqlıqlarının başladığı bir devirdir. Yaşanmamış uşaqlıq və gənclik, suya düşən xəyallar,həyatın çətinlikləri, bir şəkildə,ömrünün sonunadək hər addımda səni izləməyə davam edər..

Bir valdeyinin uşağına verə biləcəyi en pis həyat tərzidir onu erkən yaşda evləndirmək...Valdeyin uşağa gələcək verməlidir, gələcəyini əlindən almamalır...Həyatda, ən güvənilir varlıqlar olan valdeyinlər tərəfində, arzularının puç olması bir qız uşağının yaşaya biləcəyi ən böyük travmadır.

Yuxarıda yazılan hekayələr, mənim ətrafımdakı qadınların əksəriyyətinin yaşadığı, onlar üçün sıradan mənim üçünsə qəbul edilməz bir gerçəklikdir...

Uşaqlıqdan, bəri ətrafımda gördüyüm, həyata məğlub olmuş o qadınlara bənzəməmək üçün, mübarizə aparıram və aparmağa da davam edəcəm, çünki mən bir savaşcıyam və bütün qadınların da savaşcı olduğuna inanıram...

Həyatın anlamı, məğlub olmaqda deyil, vaz keçməməkdədir...

Müəllif - Ellada Rzayeva
Pəncərə
Print ელ. ფოსტა
FaceBook Twitter Google