19 iyul üçün ulduz falı
19
İyul 2019-cu il, ulduz falı. Sizə qarşı məkrlə davranan şəxslərin
planlarını sürətlə aşkarlamağa çalışın
Qoç - günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər.
Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli
olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə
bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı
vasitə deyil.
Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız
ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli
davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır.
Buğa - yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana
bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru
gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir
şəxin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin
üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza
güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar
edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.
Əkizlər - sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı
insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin.
Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı
təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən
tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək
addımlar atmayın.
Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin.
Axşam saatlarında stressdən qurtulun.
Xərçəng - günün ilk yarısından etibarən tələsmədən fəaliyyət
göstərin. Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini
ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla
məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın
qeydinə qalın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini
diqqətlə dinləyin. Amma başqalarının işlərini həll etməyə
başlayaraq öz problemlərinizi unutmayın.
Maraqlarınızı kimsəyə qurban verməyin.
Sayıq olun.
Şir - günün ilk yarısında kənar şəxslərin həyatınıza kobud
müdaxiləsinə imkan verməyin. Evdə qalmayın, fəaliyyətinizi
genişləndirin. Məişət və təsərrüfat problemlərini sürətlə
nizamlayın. Süst, ətalətli olmayın.
Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görşün.
Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhət
verə bilərlər. İzafi dərəcədə inadkar, aqressiv olmayın. Əks halda
ailə üzvlərindən biri ilə münaqişə istisna deyil.
Qız - emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək.
Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi
narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən
keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz
şəxs sizi dəstəkləyəcək.
Günün ikinci yarısında yollarla maksimum dərəcədə ehtiyatlı olun.
Nasazlıq, cərimə istisna deyil. Uzaq yola yaxşı hazırlaşmamış
çıxmayın. Maddi durumunuza tam nəzarət edin.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - fərdi yaşamınızla bahəm, işgüzar fəaliyyətinizdə
problemlər yarana bilər. Çətinlikləri dərhal həll etməyə
çalışmayın. Səbrli, təmkinli olun. Yeniləşən şəraitdə və dəyişən
situasiyaya uyğunlaşın. Ötən zamanların bir daha qayıtmayacağını
düşünərək nisgilə qapılmayın.
Günün ikinci yarısında maliyyə məsələlərinin çözümündə mümkün qədər
diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən
keçirin. İşlərdə sürəkli təftiş zamanı deyil.
Riskli anlaşmalara, avantüralara qatılmayın. Maliyyə imkanlarınızı
olduğundan artıq göstərməyə çalışmayın.
Əqrəb - hisslərinizi kontrolda saxlayın. Əməlləriniz əvvəlcədən
hazırlanmış plan çərçivəsindən çox kənara çıxmamalıdır. Sayıq olun,
qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can
atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin.
Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun.
Yaxın ətrafınızdakılarla ünsiyyətdə hisslərin əsiri olmayın.
Mübahisələrdə sözlərinizə fikir verin. Aqressiya və ya ifrat
sərtlik yolverilməzdir.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Oxatan - təşəbbüslər və yeni layihələr üçün uğurlu zaman deyil.
Texnika, avadanlıqla bağlı məsələlərdə maksimum diqqətli davranın.
Ehtiyatsızlıq ciddi travmalara səbəb ola bilər.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla
münasibətlərdə qayğını, həssaslığı unutmayın. Yardıma ehtiyacı olan
qohumunuza kömək edin. Emosiyalara qapılaraq düşünülməmiş addım
atmayın. Qəfil hərəkət, nagahani əməl sonradan peşmançılıq hissi
yarada bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Oğlaq - parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür.
İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi
tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar
qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə
böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür.
Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün
ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli
sevinəcəksiniz.
Dolça - günün ilk yarısından etibarən neqativ hisslər sizi
çulğamasın. Mənfi işlər və pis insanlar barədə nə qədər çox
düşünsəniz yaşamınıza bir o qədər problemlər əlavə edəcəksiniz.
Nikbin olun, məqsədə doğru aparan yoldan sapmayın.
Günün ikinci yarısında fiziki və ya mənəvi diskomfort hiss etsəniz,
aktivliyi bir qədər azaldın. Mənasız söhbətlərdən, yaramaz
insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin
planlarını sürətlə aşkarlamağa çalışın.
Axşam saatlarını özünüzə həsr edin.
Balıqlar - ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun
sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz.
Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu
tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə
də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata
bilərsiniz.
Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz
barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin -
bu, yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu
alış-veriş edə bilərsiniz.