20 sentyabr üçün ulduz falı
20
Sentyabr 2019-cu il, ulduz falı. Məntiqi unutmayın
Qoç - günün ilk yarısında situasiya sizə yaxşı şanslar və
irəliləyiş imkanları yaradır. Yeni, faydalı əlaqələr yaratmağa
çalışın. Biliklərinizi, informasiyalarınızı artırın. Mədəniyyətsiz,
kobud, bisavad insanlardan mümkün qədər uzaq durun.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik
insanlarla ünsiyyətdə aktiv olun. Romantik hisslərin izharı üçün
yaxşı gündür. Təmasları möhkəmləndirin. Mövqelərinizi daha səbatlı
edin.
Qətiyyət uğurun rəhnidir.
Buğa - məhsuldar, effektiv gündür. Peşəkar fəaliyyətinizdə
kommunikativ məqamlar çoxdursa, onlara diqqət yetirin. Yaxın
ətrafınızdakı insanlarla ünsiyyət fayda verməklə yanaşı, əhvalınızı
yaxşılaşdıra bilər.
Günün ikinci yarısında hobbiniz gəlir gətirəcək. Lakin işinizə,
xidmətlərinizə görə tələb etdiyiniz məbləği anormal dərəcədə
artırmayın. Əks təqdirdə rəqiblər sizi üstələyəcəklər.
Ehtiyatlı olun.
Əkizlər - sadə məsələləri süni şəkildə mürəkkəbləşdirməyin. Mühüm
işlərin hamısını eyni vaxtda həll etmək mümkün deyil. Səbrli,
təmkinli olun. Cari problemlərin həlli ilə məşğul olun.
Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Fürsəti əldən
verməyin. Şanslarınızı dəyərləndirin.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng - pis zaman deyil. Günün ilk yarısında işlər pis olmayacaq.
Önəmli məsələnin həllinə başlayın və onu vaxtında tamamlayın.
Pullarınızı məntiqlə xərcləyin. Çoxdan başladığınız, amma yarımçıq
qalmış layihəni başa vurmağa çalışın.
İşdə aktiv olun, işgüzar insan olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda
aktiv olun. Axşam saatları romantik hisslər vəd edir. Sevdiyiniz
insanla incə davranın. Könül qırmayın.
Axşam saatlarını açıq havada keçirin.
Şir - günün ilk yarısında rutin işləri görərkən bir qədər kreativ
davranın. Yaşam və ya fəaliyyət arealında dəyişikliklər etmək olar.
Quru rəsmiyyətçilik uğur vəd etmir. Bir qədər asudə dolanmaq,
sərbəst olmaq mümkündür.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların
davranışlarındakı fərqləri sezin. Yeniliklər müşahidələrinizdən
asılıdır. Bədbinliyə qapılmayın. Yaxın tanışlarınız arasında xəbər
və ya məlumatı ilə əhvalınızı yaxşılaşdıra biləcək insan var.
Axşam saatlarında normal istirahət edin.
Qız - hisslərə qapılmayın, emosional olmayın. Praqmat davranın,
ikinci dərəcəli saydığınız məsələləri qulaqardına vurmayın. Hər
deyilənə inanmayın. Durumla bağlı təfsilatlı məlumatlar əldə
etməmiş qərar verməyin.
Günün ikinci yarısında başqalarının işlərini görərək öz
maraqlarınızı unutmayın. Axşam saatlarına yaxın əhvalınızda
dəyişikliklər ola bilər.
Diqqətli davranın, sayıq olun.
Tərəzi - sofitlər qarşısında duraraq parlamağa çalışmayın. Təsir
imkanlarınızı genişləndirmək üçün əla gündür. Tərəfdaş, şərik və
dostların sayını artıra bilərsiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı daha əminliklə
nümayiş etdirə bilərsiniz. Dəvət aldığınız məkanlara yollanın.
Etimad göstərdiyiniz insanla probleminizi müzakirə edə
bilərsiniz.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Əqrəb - qarışıq, laübəli, çox çətin gündür. Çalışdığınız
kollektivdə əks cins mənsubu ilə münasibətləriniz gəriləcək.
Ehtiyatlı olun, rəqiblər fəallaşıblar. Sərvaxt davranın,
ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
Günün ikinci yarısında sizdən sui-istifadə etməyə can atanlar
olacaq. Yaxşı bələd olmadığınız insana etibar etməyin. Yeni
tanışlarla ünsiyyətdə sayıq olun.
Niyyət və istəklərinizi dəqiqləşdirin. Yaxın gələcəklə bağlı
planlarınızı müəyyənləşdirin. Gərəksiz hisslər və mənasız
əlaqələrdən qurtulun. Əlaqələr sizi qayğılandırmamalıdır.
Oxatan - qayda və qanunları pozmayın. Azadlıq hissi ifrata vararaq
xaos istəyinə çevrilməməlidir. Bəzi stereotiplərdən qurtulmaqla
daha sürətlə irəliləyə bilərsiniz. Ətrafınızdakı durumu obyektiv
dəyərləndirin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanların istəklərini
nəzərə alın. Ünsiyyətinizin daha maraqlı, informativ alınmasına can
atın.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq - sizin üçün yeni sahədə nabələd insan kimi davranmayın.
Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa
çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac
var. Məhsuldarlığı artırın.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın.
Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş
olsanız, münasibətlər inkişaf edəcək. İdmanla məşğul olmaq üçün pis
zaman deyil.
Axşam saatlarında maraqlandığınız işlə məşğul ola bilərsiniz.
Dolça - sərbəstlik və müstəqillik arayın. Avantürizm ruhu sizi
mənasız risklərə sövq etməməlidir. Vaxtında dayanmağı, qəbul
edilmiş oyun qaydalarını pozmamağa çalışın. Biznes tərəfdaşlığını
uğurla inkişaf etdirmək olar. Şəriklər və həmkarlarla
münasibətlərdə sayıq davranın.
Günün ikinci yarısında maraqlandığınız insanla əlaqələri
aktivləşdirin. Axşam saatlarında alış-verişə yollanmaq olar.
Planlaşdırılmamış xərclər maddi durumunuzu ağırlaşdırmamalıdır.
Məntiqi unutmayın.
Balıqlar - günün ilk yarısından etibarən şübhələrə qapılmayın.
Qeyri-müəyyənliklər sizi narahat etməsin. Qarşınıza qoyduğunuz
məqsədə doğru inamla irəliləyin. Dəyər verdiyiniz insanlarla
münasibətlərdə sirlərin və mübhəmlərin sayını artırmayın.
Günün ikinci yarısında rutin işlər, triviallıq sizi usandıra bilər.
Münasibətlərə dəyər verin. Yaxın ətrafınızdakı insanlarla
təmaslarda diqqətli olun. Qarşı tərəfin mövqelərini mütləq şəkildə
nəzərə alın.
Soyuqqanlı olun, amma laqeyd insan təsiri
bağışlamayın.