27 sentyabr üçün ulduz falı
27
Sentyabr 2019-cu il, ulduz falı. Bilikləriniz, bacarıqlarınız,
məlumatlarınızdan yararlanın
Qoç - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla
qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri
bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar.
Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı
zamandır.
Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla
baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət
qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun.
Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə
çalışın.
Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın
təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə
ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın.
Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın.
Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar
atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən
yayınmayın.
Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac
duyulur.
Əkizlər - faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını
intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı
gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin.
Prioritetləri yeniləyin.
Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar.
Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq
olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və
dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə
dürüst olun.
Vicdanınızla sövdələşməyə çalışmayın.
Xərçəng - işlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq
istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak
məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar.
Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və
potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri
hazırlayın.
Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın.
Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda
yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün
məqsədləri konkretləşdirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Şir - yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun.
Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına
malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya
şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi
strukturların və kommersiya təşkilatlarının mənsubları ilə
əməkdaşlığa başlamaq olar.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə
başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün
diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin.
Axşam saatlarını ailə üzvlərinə ayırın.
Qız - faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və
sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli
olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron
servislərdən istifadə edin.
Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq
bilin.
Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik
etməyin. Spontan addımlar yalnız zərər verə bilər.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi - tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal
addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız,
situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun,
amma aradabir yaradıcılıq axtarışlarına çıxın.
Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini
oynamaq məcburiyyətində qala bilərsiniz.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz
nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin
ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü
olmayın.
İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə
gətirin.
Əqrəb - danışıqlar və müzakirələr üçün əlverişli zamandır.
Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə
layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv
olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək.
Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə
başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın.
Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır.
Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı
əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar
etdiyi sirri yaymayın.
Oxatan - məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük
verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər
şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata
varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və
ehtiyaclarını nəzərə alın.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda
həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd
olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan
ağır fəsadlara səbəb ola bilər.
Perspektiv əlaqələrə üstünlük verin.
Oğlaq - məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın.
Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin
möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi
informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş
yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan
birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna
deyil.
Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar
çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz
enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət
olmalıdır.
Dolça - bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın.
Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar.
Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq,
elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət
göstərənlər üçün əlverişli zamandır.
Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza
materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin.
Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz.
Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən
yaxşı siyasət olduğunu unutmayın.
Balıqlar - intizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə
məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar
olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə
olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı
şərtləri çək-çevirsiz qəbul edin.
Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ
modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat
dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə
qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu
minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də
sığortalana bilərsiniz.