Ulduz falı - Sədlər və maneələrin sayı artacaq
02
Oktyabr 2019-cu il.
Qoç - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər.
Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul
olun.
Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və
fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə
əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə
qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən
vaxtı xatırladacaqlar.
Yeni ideylarınız dəstəklənməyəcək.
Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək
istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın.
Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın.
Buğa - günün ilk yarısında sizi çox iş gözləyir. İşdə və ailədə
"lokomotiv" rolunu oynamalı olacaqsınız. Yeni hədəf, fərqli məqsəd
əla stimuldur. Köhnə planlardan birini reallaşdırmaq üçün əlverişli
zamandır. Ətalətli olmayın, passiv davranmayın.
Başladığınız işi yarımçıq qoymayın.
Günün ikinci yarısında sərhədləri keçməyin, oyun qaydalarını
pozmayın.
Səhhətinizin qeydinə qalın.
Travma və xəstəlik riskləri artır.
Texnika ilə çalışanda ehtiyatlı olun.
Əkizlər - asan gəlir etmək ideyalarını unudun. İşlər artır,
fəaliyyətdə gərginlik motivləri çoxalır. İdeyaların
reallaşdırılması üçün maliyyə dəstəyi gərəkdir. Ruhdan düşməyin.
Maneələr və sədlər sizi passivləşdirməməlidir.
Günün ikinci yarısında hədəf və məqsədlərinizi təftiş edin. Yaxın
ətrafınızdakı bəzi insanların aşkar rəqabət istəklərinə fikir
verin. Dostlardan biri rəqibə çevrilə bilər. Unutmayın: maliyyə
məsələləri, pul hərisliyi çoxlarını korlayır.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Xərçəng - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş
verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə
bədxərclik etməyin.
Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə
əməliyyatları üçün uğurlu zamandır.
Günün ikinci yarısında müstəqil çalışmaq daha sərfəlidir. Kimsə
sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi
münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və
qərarlarınızın fəsadlarını dəyərləndirin.
Nə istədiyinizi müəyyənləşdirin.
Axşam saatları səhhətinizin qeydinə qalın. Profilaktika üçün pis
zaman deyil.
Şir - yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.
Aqressiv və eqoist olmayın. Tərəfdaşlarla əlaqələrdə müvazinəti
pozmayın. Qarşılıqlı güzəştlərə hazır olun. Bəzi imkanlara və
imtiyazlara görə mübarizə aparmanız gərəkdir.
Günün ikinci yarısında işdə maliyyə və ya ideoloji məsələlərə görə
rəhbərliklə münasibətlər korlana bilər. Anlaşmalar, müzakirələr
üçün əlverişli zaman deyil. Sərtlik əlaqələri korlaya bilər. Fərdi
təşəbbüsləri ertələyin. Aktivliyiniz ciddi müqavimətlə
üzləşəcək.
Qız - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün
fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş
xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə
maraqlanmayın.
Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla
məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar.
İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda
passivlik etməyin.
Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya
torpaqla bağlı problemləri həll etmək olar.
Tərəzi - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı
dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla
gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə
yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir.
Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə
üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız,
gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın.
Axşam saatlarına yaxın gərginlik artacaq.
Əqrəb - başqalarının maraqları və mənafeləri arasında qala
bilərsiniz. Ailədə və ya işdəki situasiyanın girovuna çevrilməyin.
İqtisadi və siyasi prosesləri diqqətlə izləyin. Hadisələrə təsir
imkanlarına malik insan sizə maneələr yaratmağa çalışacaq.
Günün ikinci yarısında nüfuzunuza və ya mövqelərinizə zərbələr
vurmaq istəyən bədxahın qarşısını qətiyyətlə alın. Mübarizəsiz geri
çəkilməyin. Daşınmaz əmlak, maddi məsələlərdə inadkarlıq edin.
Yaradıcılıqla məşğul olmağa vaxt tapın, karyera inkişafını
düşünün.
Uzunmüddətli rəqabətə hazır deyilsinizsə, mübarizə meydanını tez
tərk edin.
Məişətdə genişmiqyaslı islahatlara başlamayın. Ailə üzvlərinin
qəlbini qırmayın.
Oxatan - rutin məsələlələrin çoxluğu sizi əsas məqsəddən
yayındırmamalıdır. Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt
aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola
bilər.
Günün ikinci yarısında əsas yolla irəliləyin. Bütün işlərlə
müstəqil məşğul olun. Başqalarının yardımlarından izafi istifadə
etməyin. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən
artıq güc və vaxt tələb edən işi ertələyin. Axşam saatlarında
fiziki travma almamaq üçün diqqətli davranın.
Normal istirahət etməyə çalışın.
Oğlaq - maliyyə məsələlərində təmkinli davranın, emosiyalara uyaraq
düşünülməmiş qərarlar verməyin. Həddən artıq sərt qənaətə zərurət
duyulmur. Bununla belə, israfçılıq etməyin. Mənasız eksperimentlər
aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə
yönəldin.
Günün ikinci yarısında hədəfləri təftiş etsəniz, real nəticələr
əldə edəcəksiniz. Yaradıcılıq layihəsinə başlamaq, yaxın
perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın.
Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara
aldanmayın.
Dolça - məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli
olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və
məişət problemlərinin sayı artacaq. İradlar çoxalacaq, tələbat
güclənəcək.
Günün ikinci yarısında ambisioz insan təsiri bağışlamayın. Haqlı
olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın.
Rəqibləri haqlayın və onları geridə qoyun. Başqasının fəaliyyət
arealında ehtiyatlı davranın.
Qələbələr asan başa gəlməyəcək. Axşam saatlarında travma və ya
mənəvi məğlubiyyət riski var.
Balıqlar - ikinci dərəcəli işlərə diqqətiniz yayılmasın. Cari
işlərlə məşğul olun, rutin məsələlərdən usanmayın. Əsas məqsədə
doğru aparan yolda qətiyyətlə irəliləyin. İşlər nə qədər artırsa,
ödəniş və gəlirlərlə bağlı problemlər sizi daha çox narahat
edəcək.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı bilərəkdən az
göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı
deyil. Aradığınız məlumatı internetdə tapa bilərsiniz. İşdə
rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan
həmkarlarla münasibətləri korlamayın. Səhhətinizə fikir
verin.