Ulduz falı - Uzaqdan yaxşı xəbərlər alacaqsınız
07
Oktyabr 2019-cu il
Qoç - Səhər saatlarında yaxın ətrafınızdakı insanlardan bir neçəsi
ilə anlaşılmazlıq yarana bilər. Normal dialoq istəyirsinizsə,
psixoloji cəhətdən çevik olun. Diplomat kimi davranın.
Kommunikasiyanın fərqli metodlarından və vasitələrindən istifadə
edin.
Günün ikinci yarısı görüşlər, müzakirələr və mübadilələr üçün
əlverişlidir. İşdə maraqlı təklif eşidəcəksiniz. Tələsik qərar
verməyin.
Güzəşt axtarışları dəyər verdiyiniz insanla münasibətlərdəki
harmoniyanı qorumaq üçün mütləq şərtdir.
Buğa - İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni
müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan
insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər.
Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir
qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur.
Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza
qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala
bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.
Əkizlər - Günün ilk yarısı effektiv və əlverişlidir. Fiziki və
emosional tarazlığı bərpa edin. Yaxın ətrafınızdakı insanlarla
qeyri-rəsmi şəkildə təmaslara üstünlük verin.
Günün ikinci yarısında işgüzar danışıqlar pis nəticə verməyəcək.
Yaradıcılıqla məşğul ola bilərsiniz.
Axşam saatlarında yeni dost qazanacaqsınız.
Xərçəng - Tərəfdaşlarla ünsiyyətə xüsusi diqqət ayırın. Yaxın
ətrafınızdakı insanlarla stabil təmaslar irəliləyişə əlavə təkan
verəcək. Yaradıcılıq və karyera məsələlərində emosional addımlar
atmayın.
Günün ikinci yarısında tərəfdaşlar və həmkarlarla danışıqlar yaxşı
nəticə verəcək.
Münaqişələri alovlandırmayın, ziddiyyətləri güclənməmiş aradan
qaldırın.
Axşam saatları məhsuldardır. Yaxın insanların yanında dincəlin.
Şir - İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr
paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq.
Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa
gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və
ya isti münasibətlərin əvvəli ola bilər.
Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş
təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin,
qüvvələrinizi bərpa edin.
Qız - Genişmiqyaslı layihəyə, önəmli məsələyə başlamaq üçün
əlverişli zaman deyil. Əvvəlki işləri bitirin. Yarımçıq işlər
ballasta, izafi yükə çevrilməməlidir.
Günün ikinci yarısında hesabatları tərtiq edəndə diqqətli və sayıq
olun. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatlarında dostlardan birinə təcili kömək gərəkəcək.
Yardımlarınızı əsirgəməyin.
Tərəzi - Hadisələrlə zəngin gündür. İşlə bağlı məsələlər sizdən
səfərə çıxmağı tələb edəcək. Müxtəlif dövlət qurumları və
təşkilatlarının mənsubları ilə təmaslar aktiv olacaq.
Günün ikinci yarısında hətta maraqlarınızın toqquşduğu insanlarla
dil tapmağa çalışın. Gurultulu bəyanatlar verməyin. Yeni biliklər
və bacarıqlar əldə etmək üçün sərfəli zamandır. Şanslardan maksimum
istifadə edin.
Axşam saatlarında adrenalin axtarışlarına çıxmayın.
Əqrəb - Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq
görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət
bəslədiyiniz adamların bəzilərinin az sonra sizə xəyanəti istisna
deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür.
Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola
bilərsiniz.
Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin
reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb
edin. Gün maraqlı, həyəcanlı olacaq.
Oxatan - Günün ilk yarısında əhvalınız yaxşı olacaq.
Qüvvələrinizdən bədgüman olmayın, bədbinliyə qapılmayın. Şərtlər
əlverişlidir. Situasiyanı normal dəyərləndirməyə çalışın.
Günün ikinci yarısında yaxınlarınız və ya qohumlarınızdan birindən
xoş xəbər ala bilərsiniz. Bələd olmadığınız insanlarla ünsiyyətdə
nəzakətli davranın. İşgüzar müzakirə, diskussiya, elektron poçtla
yazışma pis keçməyəcək.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Oğlaq - Ambisiyalarınızı açıqlamayın, cəmiyyətdə bərqərar olmuş
qaydalar və qanunlar çərçivəsindən kənara çıxmayın. Hansısa olay
sizdə kəskin narazılıq yaradarsa, emosiyalarınızın izharına
tələsməyin.
Peşəkar etiketin qulaqardına vurulması işdə həmkarlarla
münaqişələrə səbəb ola bilər. Rəhbərliyin narazılığına səbəb olacaq
addımlar atmayın.
Təmkinli olun, emosiyalarınıza nəzarət edin.
Bəzi planları təxirə salmaq gərəkdir. Dəyər verdiyiniz insanla
tələbkar davranın.
Dolça - Maraqlı və pozitiv gündür. Uzaqdan yaxşı xəbərlər
alacaqsınız. Tərəfdaq və ya şərikdən cazibədar təklifin alınması
istisna deyil. Karyeranızda inkişaf da mümkündür.
Günün ikinci yarısı təhsil, biliklərin artırılması, təcrübənin
genişləndirlməsi üçün əlverişlidir. Sevdiyiniz insandan
kənardasınızsa, aktiv təmaslarda olun.
Axşam saatlarında yeni tanışlıq ola bilər.
Balıqlar - Günün ilk yarısında situasiya yaxın ətrafınızdakı
insanlarla münasibətlərinizdən asılıdır.
Müzakirə edilən məsələlərlə bağlı fikirlərinizi paylaşanda diqqətli
olun. Qarşı tərəfin mövqelərini nəzərə alın.
Günün ikinci yarısında gərəkli insanlarla normal əlaqələr yaratmağa
çalışın.
İşdə həmkarların və rəhbərliyin dəstəyini ala bilərsiniz.
Sevdiyiniz insanlarla axşam saatlarında mübahisə
etməyin.