Ulduz falı - Güclü və zəif yönlərinizi müəyyənləşdirin
14
Oktyabr 2019-cu il.
Qoç - Güclü və zəif yönlərinizi müəyyənləşdirin. Şəxsi
münasibətlərdə sizi narahat edən, çoxdan bəri çözüm yolunu
aradığınız maneəni aradan qaldırın. Fəaliyyətinizin məhsuldar
olması üçün zəruri addımlar atın.
Günün ikinci yarısı işdə rəhbərliklə danışmaq, həmkarlarla bəzi
məsələləri müzakirə etmək üçün əlverişlidir. İşgüzar müzakirələr və
yazışmalarda tələskənliyə yol verməyin.
Axşam saatlarında emosiyalarınızın tarıma çəkilməsi dəyər
verdiyiniz münasibətlərə zərbə vura bilər.
Buğa - Günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla
və qohumlarınızla münasibətlərdə gərginlik yarana bilər. Yaşlı
qohumların, ailə üzvlərinin dediklərini dinləyin. Məsləhətləri
qulaqardına vurmayın.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Tapşırıq və sifarişləri vaxtında, keyfiyyətlə yerinə yetirin. Cari
öhdəlikləri unutmayın.
Axşam saatlarını dostlarınızla keçirin. Səs-küylü məclis əhvalınıza
mənfi təsir edəcək.
Əkizlər - Çevik, qıvraq, mütəhərrik olun. Cari işlərin öhdəsindən
nəzərdə tutduğunuz vaxtdan da tez gələ bilərsiniz. Vədlərinizi
yerinə yetirin. Öhdəlikləri unutmayın.
Günün ikinci yarısında həmkarların yardımlarına bel bağlaya
bilərsiniz. Bəlli məsələ ilə bağlı işdə rəhbərlik sizin
dediklərinizi nəzərə alacaq. Yaradıcı insanlar üçün yaxşı
zamandır.
Axşam saatlarında məişət işlərinin yerinə yetirilməsində "üzüyola"
olsanız, qohumlar və ailə üzvlərinizlə münasibətləriniz daha da
yaxşılaşar.
Xərçəng - Qapalı olmayın, ünsiyyətdən yararlanın. Yaxın
ətrafınızdakı insanlarla təmaslarda arqessiv davranmayın. Qarşı
tərəfin dediklərinə qulaq asın, eşitdiklərinizi qulaqardına
vurmayın. Özünüzdən bədgüman olmayın.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklə müzakirələrdə
mövqelərinizdən geri çəkilməyin. İşdə rəhbərliklə danışası olsanız,
vəzifənizin artırılması, maaşın məbləğinin yüksəlməsi ilə bağlı
çoxdan demək istədiklərinizi söyləyin.
Şəxsi münasibətlərdə nəzakətli olun.
Şir - Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir
araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər.
Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən
asılıdır.
Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.
Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.
Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa
yardım edə bilər.
Kommersiya işlərində uğurlu gündür.
Axşam saatlarında romantik şəraitdə görüşü reallaşdıra
bilərsiniz.
Qız - Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi
seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli
irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz
insanlarla münasibətlərinizi korlamayın.
İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb
aramayın.
Tərəzi - Günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq
üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə
yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə
maraqlanmayın.
Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla
məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar.
İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda
passivlik etməyin.
Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya
torpaqla bağlı problemləri həll etmək olar.
Əqrəb - Səhər saatlarından etibarən çox danışmalı olacaqsınız.
Yaxın ətrafınızdakı insanların bəziləri sizi anlamır və ya anlamaq
istəmirlər. İnternet təmaslarında diqqətli olun. Tam oxumadığınız
və mahiyyətinə bələd olmadığınız sənədi imzalamayın.
Günün ikinci yarısı hüquqi mübahisələrin yoluna qoyulması,
niyyətlərin və məramların müzakirəsi üçün əlverişlidir. Qarşı
tərəflə danışıqlar apararaq ortaq məxrəcə gəlmək olar.
Bəzi problemləri axşam saatlarında qeyri-rəsmi şəkildə həll etmək
mümkündür.
Oxatan - Enerjili olun. Çətinlikləri dəf etmək üçün kənardan yardım
gözləməyin. Planlarınızı təhlil edin. Əsas məsələlər ikinci
dərəcəli məqamların kölgəsində qalmamalıdır. Qaydalar, normalar və
qanunlar çərçivəsindən kənara çıxmayın.
Günün ikinci yarısında əldə etmək istədiyiniz nəticələri
müəyyənləşdirin. Fərdi fəaliyyət qrafikini tərtib edin.
Axşam saatlarında ailə üzvlərindən birinin problemini həll etmək
gərəkdir. Qəfil qərarlar effektiv olmayacaq.
Oğlaq - Mümkün qədər sürətli olun. Qətiyyətlə davranın.
Problemlərin həllində iradənizi nümayiş etdirin. Qüvvənizi,
potensialınızı gərəkli işlərə sərf edin.
Bilik və bacarıqlarınızdan bəhrələnmək üçün əlverişli zamandır.
Çoxdan bəri həyata keçirmək istədiyiniz planları reallaşdırmaq üçün
günün ikinci yarısı əlverişli zamandır. Əvvəllər yalnız
arzuladığınız məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə
edin.
Emosional davranış, hisslər, aqressivliyiniz yaxın ətrafınızdakı
insanlarla münasibətlərinizi korlaya bilər. Dostlar və ya qohumlara
güzəştə getmək gərəkdir.
Dolça - Səhər saatlarından etibarən tələskənlik etməyin. Bəzi
məsələlərin çözülməsində gözləmə mövqeyi tutmaq daha əfzəldir.
Ətrafınızdakı şəraiti tam anlamırsınızsa, mühüm işlərin
reallaşdırılmasına başlamayın.
Günün ikinci yarısında hadisələrin inkişaf məcrasını təxminləyin.
Əks halda ciddi yanlışlığa yol verəcəksiniz. Səhv indiyədək əldə
etdiyiniz uğurlarla nəticələrin üstündən xətt çəkə bilər.
Yaxınlarınızla ünsiyyət münaqişəyə çevrilməsin.
Axşam saatları etiraflar zamanı deyil.
Balıqlar - Emosiyalarınıza əsir düşərək, hisslərinizə uyaraq
düşünülməmiş addımlar atmayın. Günün emosional fonu sizdən rasional
və praqmat davranış tələb edir. Həddən artıq aktiv olmayın. Zərurət
varsa, tempi bir qədər aşağı salın. Günün ikinci yarısında şəriklər
və ya tərəfdaşlarınızdan biri sizə sürpriz edə bilər. Gözlənilməz
hadisələrə hazır olun. Situasiyanın ani dəyişikliklərindən
faydalanın. Axşam saatlarında gəzintiyə çıxın, stressdən qurtulmağa
çalışın.