15 noyabr üçün ulduz falı
15
Noyabr 2019-cu il. Gün çox şey vəd edir. İşgüzar aktivliyiniz çox
yüksəkdir
Qoç - ətrafınızdakılara qarşı çox tələbkar olmayın. Dilinizi
saxlamaq, birmənalı olmayan situasiyanı zarafata çevirmək elə də
çətin deyil, üstəlik, faydalıdır. Bundan başqa, başınızı qatacaq
maraqlı bir iş tapın, tənbəllik, bekarçılıq sizi bədbinliyə
sürüyəcək.
Ailə üzvlərinizin sizin dəstəyinizə və yardımınza ehtiyacı var,
amma onlara qayğı göstərərkən nəzakət qaydalarını aşmayın, çox da
canfəşanlıq etməyin. Xüsusilə yeniyetmələrlə ünsiyyət zamanı bunu
unutmayın, onlar çox hissiyyatlı olurlar. Gərəksiz xərclər
mümkündür, dəyərli bir əşyanızı itirə bilərsiniz.
Buğa - iş üçün bu gün tamamilə yararsızdır. Əgər təsadüfən işdən
yayınıb özünüz üçün istirahət günü təşkil edə bilsəniz, o zaman
vacib işləri bir kənara qoyub məhz istirahət etməyə cəhd göstərin.
Amma işləmək lazımdırsa, o zaman danışıqları təxirə salın. Nəbadə
rəhbərliyin və sizin karyeranızın asılı olduğu insanların gözünə
görünəsiniz.
Yaxınlarınızla dil tapmaq çox çətindir, çünki heç siz özünüz
özünüzü başa düşmürsünüz. Vacib məsələləri müzakirə etməyin.
Ümumiyyətlə, bütün bu cür işləri daha yaxşı vaxta qədər təxirə
salın.
Əkizlər - kommersiya fəaliyyəti üçün münasib gündür. Demək olar ki,
bütün sövdələşmələr uğurlu olacaq. Əcnəbilərlə görüşlər yaxşı
keçəcək. Xaricə səfər ümidlərinizi doğruldacaq. Sahibkar Əkizlər öz
bizneslərini beynəlxalq miqyasda genişləndirə biləcəklər.
Yaxınlarınızda aranızda gərginlik yaranır. Yerində deyilməyən
istənilən sözdə, zarafatda incimək üçün bir bəhanə tapırsınız.
Yaxınlarınızla pul və ya uzaq gələcək barədə planları müzakirə
etməyin, vahid fikrə gələ bilməyəcəksiniz.
Xərçəng - asan gün deyil, amma siz dözümlüsünüz, istənilən zərbəyə
sinə gərirsiniz, bu səbəbdən də uğurlarınız çoxdur. Əks cəbhənin
dostları sizə öz köməklərini təklif edə bilərlər. Sizə təklif
olunandan yararlanın, amma ehtiyatı əldən verməyin.
İşdə və evdə münaqişələr ola bilər, əsas məsələ odur ki, siz
bunları şişirtməyəsiniz. Xırda alış-veriş, istirahət əhvalınızı
yüksəldəcək. Alkoqoldan imtina edin.
Şir - bu günün əksər hissəsini öz qorxu və zəifliklərinizi yenməyə
sərf edir, bir çox fürsətləri əldən qaçırırsınız. Bir çox Şirlər bu
günü daxili vurnuxma, əzablar, narahatlıq içində keçirəcəklər. Ən
pisi də odur ki, bunların səbəbini də bilmirsiniz.
Amma hamı bir deyil. Bəzi Şirlər özlərini ələ ala biləcəklər. Onlar
üçün gün yaxşı keçəcək, həm dostları, həm həmkarları və rəhbərlik,
həm də ailə üzvləri ilə yola gedəcəklər.
Qız - zərərli vərdişlərdən imtina etmək məsləhətdir. Qrafikdə
dəyişiklik edərək yeni ritmə uyğunlaşmaq gərəkdir.
Təəssüf ki, mənfi tendensiyaların təsirini tamamilə azaltmaq mümkün
deyil. Bu səbəbdən yaxın insanlar arasında mübahisələr yaranır,
ailə münaqişələri aktuallığını qoruyur. Amma bu, o demək deyil ki,
dərhal təslim olmaq lazımdır. Aranızda qara pişik oturubsa, onu
qovun, bir-birinizi itələməyin.
Tərəzi - uğursuz gündür, hər addımda bir problem yaranır. Rəhbərlik
və iş ortaqlarınızla münasibətlər o qədər qeyri-sabitdir ki,
peşəkar gələcəyinizin uğuruna şübhə etməyə başlayırsınız. Şəxsi
simpatiya və antipatiyanız işləri gərəkdiyi qaydada aparmağınıza
mane olur.
Yaxın dostlarınızdan hərəkətlərinizi təqdir etmələrini
gözləyirsiniz. Onların öz rəyi olduğu barədə isə düşünmürsünüz.
Nəticədə yeni-yeni münaqişələr yaranır. Bunların öhdəsindən gəlmək
isə asan deyil.
Əqrəb - evdəki problemləri evdə qoyun, bütün fikrinizi işə
yönəldin, o zaman uğurlu ola bilərsiniz. Şəxsi və işgüzar
münasibətləri bir-birinə qatmayın. İşdə məhəbbət macərası nədir,
hətta kiməsə isti nəzərlərlə baxmağı da unudun!
Gərəksiz xərclər mümkündür. Hansısa maliyyə fırıldağında
iştirakınıza görə sonra çox peşman olacaqsınız. Avtomobil almaq və
ona minib uzaq səfərlərə çıxmaq qətiyyən məsləhət deyil. Səfər
etmək həvəsiniz böyükdürsə, dənizdə (çayda, göldə) gəzintiyə
çıxın.
Oxatan -aktiv fəaliyyət, məqsədə doğru irəliləmək üçün uyğun
gündür. Yaxşı formadasınız, hətta artan gərginlik də sizi
yormayacaq. İdmanla, fiziki işlə məşğul olmaq, uzaq səfərlərə
getmək olar. şəxsi münasibətlərdə təşəbbüskar olun. Hisslərinizi
etiraf edə bilərsiniz.
Unutmayın, dünyanı əla da olmasa, bir az daha yaxşı edə bilərsiniz.
Gün evinizi abadlaşdırmaq, imicinizi dəyişmək üçün münasibdir.
Oğlaq -günün əksər hissəsi başınız məişət işlərinə, ailə
qayğılarına qarışacaq. Bütün işlərə vicdanla yanaşırsınız. Odur ki,
istənilən problemin həlli adətən olduğundan daha çox vaxt alır.
Müştərək fəaliyyət məsləhət deyil - tez-tez özünüzdən çıxır,
insanlara əsəbləşirsiniz.
Bu gün zədə almaq ehtimalınız böyükdür. Yorucu fiziki işdən,
ekstremal idman növlərindən, uzaq səfərlərdən çəkinmək gərəkdir.
Günün ikinci yarısı sevdiyiniz insanla açıq danışmağa çalışın -
müzakirə etməli çox mövzu var.
Dolça - gün çox şey vəd edir. İşgüzar aktivliyiniz çox yüksəkdir.
Qeyd etmək yerinə düşər ki, Dolçaların çoxu bu gün şəxsi
problemlərinin əlindən baş götürüb işə qaçırlar. Bu səbəbdən işdə
böyük entuziazm göstərməyinizi anlamaq asandır. İri sövdələşmələr
bağlamaq olar.
Daxili narahatlıq, gərginlik və şübhələrin artmasına imkan
verməyin. Pis fikirləri başınızdan qovmaq üçün idmanla, aktiv
istirahətlə, açıq havada fiziki işlə məşğul olun. Səfərlər yaxşı
keçəcək.
Balıqlar - qohumlarla ünsiyyət, ailə bağlarının möhkəmləndirilməsi
üçün münasib gündür. Qadınlarla, xüsusən yaşlı xalalarla söhbət
sizə xoş təsir bağışlayacaq. Onların həyat təcrübəsi, müdrikliyi
son günlərin hadisələrinə başqa nöqteyi-nəzərdən yanaşmağa imkan
verəcək.
Günün ikinci yarısı xoş sürprizlər mümkündür. Dostlarınızın kefinə
sizə baş çəkmək düşəcək. Sevgi etirafları eşidə bilərsiniz.
Yaxınlarınızla münasibətləri yalnız sizin zarafatlarınız poza
bilər: yumor hissiniz bu gün bir az kobuddur.