Ulduz falı – Ulduzlar əminliklə bildirirlər ki, bəxtiniz mütləq gətirəcək
Qoç
Maliyyə itkiləri büdcənizi yenidən nəzərdən keçirməyi tələb edəcək.
Səhhətiniz yaxşı olmayacaq. Ehtimal ki, günorta əhvalınız
korlanacaq. Axşam saatları isə daha xoş keçəcək. Sizi narahat edən
məsələləri yaxınlarınızla paylaşa bilərsiniz.
Buğa
Intellektual məşğuliyyət (xarici dil öyrənmək, elmi-tədqiqat
işləri) üçün əlverişli zamandır. Teatra getmək üçün də əlverişli
gündür. Romantik gəzinti, görüşün yaxşı keçəcəyi gözlənilir.
Yarınız sizi bir kəlmədən anlayacaq.
Əkizlər
Ulduzlar əminliklə bildirirlər ki, bəxtiniz mütləq gətirəcək.
Möhtəşəm plan qura bilərsiniz, çünki onun reallaşacağına ümid var.
Şəxsi müstəvidə də yaxşılığa doğru dəyişikliklər olacaq. Bürcün
bəzi nümayəndələrini sevgi etirafları gözləyir.
Xərçəng
Çox darıxacaqsınız, ətrafdakılar da sizi şənləndirə bilməyəcəklər.
Hissləriniz sizi idarə edəcək. Bu gün sizinlə ünsiyyətdə olan
adamın səbrli olması lazımdır. Tez-tez mənasız söhbətlərə görə
mübahisələrə girişəcəksiniz.
Şir
Riskə getməsəniz, gününüz mənalı keçər. Ən yaxın adamınız çətin
duruma düşəcək, yardımınıza ehtiyacı var. Hətta nələrisə itirsəniz
belə, ona kömək etməyə tələsin. Əyləncəyə pul xərcləməyin, ondansa
evə aid, zəruri olanları alın.
Qız
Çətin gündür. Bir sıra çətin işlərin həlli sizi gözləyir.
Yorulduğunuzu hiss etsəniz də, istirahət etməyə imkan
verməyəcəklər. Ehtimal ki, köhnə dostlarla aranızda mübahisələr
yaşanacaq.
Tərəzi
Uğurlu gündür. Fəal istirahətə ehtiyacınız var. Yaxınlarınızı xoş
sürprizlə sevindirin, onlarla birlikdə zaman keçirin. Ehtimal ki,
daşınmaz əmlakla bağlı alqı-satqı işləriniz sərfəli qiymətə başa
gələcək.
Əqrəb
Işləriniz heç də gözlədiyiniz kimi getməyəcək. Bir tərəfdə
diqqətinizə ehtiyacı olanlar gözləyir, digər tərəfdə də görüləsi
xeyli işlər var. Ehtimal ki, köməyiniz olacaq. Ancaq dadınıza
işlərin əsas hissəsini görəndən sonra çatacaqlar.
Oxatan
Günün əvvəlindən bəxtiniz gətirməyəcək. Çətin ki, günün sonuna
qədər vəziyyət dəyişsin. Yolda xoşagəlməz anlar yaşayacağınız
ehtimal edilir. Ən yaxın adamınızla aranızda elə bir qorxunc
mübahisə yaşanacaq ki, siz bir anlıq münasibətləri qırmaq qərarına
gələcəksiniz.
Oğlaq
Günorta gözəllik salonunu ziyarət edə bilərsiniz. Imiclə bağlı
uğurlu eksperimentləriniz olacaq. Günün ikinci yarısında
yaradıcılıq işlərilə məşğul ola bilərsiniz. Parlaq ideyalarınız
olacaq ki, nəticədə gəlir götürə bilərsiniz.
Dolça
Yaxşı nəticələr gözləmədiyiniz işiniz uğurlu olacaq. Ehtimal ki,
gəliriniz olacaq. Sevgidə də bəxtinizin gətirəcəyi bildirilir.
Sevdiyiniz şəxsi görüşə çağıra bilərsiniz. Onun rəğbətini
qazanacaqsınız.
Balıqlar
Yorucu və çətin gündür. Yaranmış situasiya ümidverici heç nə vəd
etməyəcək. Bürcün bəzi nümayəndələri yaşca böyük olan qohumlarla
mübahisə edəcəklər. Şəxsi müstəvidə ciddi problemləriniz olacaq.