Ulduz falı: 5 iyun, 2023-cü il
Qoç
Qoç, keçid dövrünüz və narahatlığınız tezliklə keçəcək. Bir
komandada işləməyə çalışsanız və hər şeyi tək etməsəniz, həyatda
xoşagəlməz bir mərhələ daha sürətli keçəcək.
Yaşadığınız evi, işlədiyiniz məkanı, yəni ətrafınızı təmizləyin.
Belə olarsa, içiniz də təmizlənəcək. Yaxşı düşünün ki, yaxşı olsun.
Həyatınızda yaxşı şeylər üçün yer açın.
İdmanla məşğul olmağa başlamaq yaxşı olardı.
Buğa
Özündən əvvəl başqasının təhlükəsizlik kəmərini bağlamağa
çalışırsan. Başqalarını razı salmaq üçün öz ehtiyaclarınızdan
güzəştə gedirsiniz. Ancaq bu planın bir mənfi tərəfi var. Bəs sizin
ehtiyaclarınız? Diqqəti özünüzə çevirin. İçinizdə sevinc toxumu
əkmək üçün nə edə biləcəyiniz barədə şüurunuzla dialoqa
başlayın.
Həyata bir dəfə gəlmisiniz, bri az da özünüzü düşünün.
Xoşbəxtsinizmi? Xoşbəxt ola bilmək üçün nəyə ehtiyacınız var?
Bunları araşdırın. Tapdığınız nəticə ilə hərəkət edin. Xoşbəxtliyə
layiqsiniz. Xəyalalrınıza doğru addımlayın.
Əkizlər
Xəyallarınızla reallıq arasında uçurum olduğu görünürsə,
xəyallarınıza yenidən nəzər salın.
Unumatın dualar əməlləri həyata keçirdikdən sonra işə yarayır. Yəni
bir iş görmədən nəticə üçün dua etmək tənbəllərin işidir. İş
həyatınzıda karyera zirvəsi, təhsikinizdə uğurlar üçün
çalışamsanız, dualarınız işə yaramayacaq.
Məqsədlərinizi, arzularınızı, istəklərinizi və hisslərinizi etibar
etdiyiniz birinə söyləmək onlara daha obyektiv baxmağınıza və
ehtiyacınız olan yerdə kömək almağınıza kömək edə bilər.
Danışın, fikrilərinizi yaxınlarınızla bölüşün. Çox da uzağa
getməyin, ananızla danışın.
Xərçəng
Hər şeyin sizin üçün edilməsini gözləməyin. Kömək təklif etmək
əvəzinə, işləri öz əlinizə alın. Həyatınızın sükanını əldən
verməyin. Özünüzə ən cəsarətli tərəfinizi göstərin.Qarşınzıda
hədəfləriniz olsun, hədəflərinizə fokuslansanız işinizdə uğurlar
əldə edəcəksiniz. Üst-üstə yığılan problemləri başqalarının üzərinə
qoymağa çalışmayın - məsuliyyətinizi dərk edin. Bu problemləri siz
həll etməlisiniz. Cəsarət və istək insanı bütün çətinliklərdən
çıxara bilir.
Şir
Keçmişin xoşbəxt anlarını düşünmək sizi yenidən həyəcanlandırır.
Yneidən o anları yaşamaq istəyirsiniz. Amma adından da göründüyü
kimi keçmiş keçib. Siz o anları yenidən yaşaya bilməzsiniz, yenidən
yarada bilərsiniz.
Təxirə saldığınız işləri görməyə başlayın. İçinizdə olan istəyi
gücləndirin. Kimsə sizin yerinizə arzularınızı reallaşdırmayacaq.
Bunun üçün özünüz can atın.
Hisslərinizə hörmət göstərin.
Həyatı yaşaya bilmək üçün hisslərinizə, duyğularınıza, istəklərinə
önəm verin. Bu həyatı özünüz üçün yaşayırsınız.
Qısacası keçmiş haqqında xəyal qurmaqdansa, indiki zamanda xoşbəxt
anlar yaradın.
Qız
Harmoniya və sevgi azadlıq hissi bəxş edir, siz özünüzü havalarda
his sedirsiniz.
Ancaq özünüzü toparlamağn zamanıdır. Real yaşayın. Xəyallarla
yaşamaq insana reallıqdan təcrid edir.
Həyata keçirə biləcəklərinizi xəyal edin. Güzgüyə baxın, bəli bu
sizsiniz. Həyatda daha nə qaldı yaşamadığnız?
Əslində hər şey qaydasındadır və sadəcə siz yorulmusunuz.
Əgər yaxınlarınız üçün darıxırsınızsa, onlara kömək əlinizi uzadın.
İtirdiyiniz dostlarınızı yada salın.
Arzularınız var və onları həyata keçrimək üçün kimdənsə kömək
gözləyirsiniz. Ondan heç bri fayda yoxdur.
Özünüz addım atın, təkbaşına. Nə qədər güçlü olduğunuzu hiss
edəcəksiniz.
Uğurunuza olan yolun ilk addımında kömək gözlədiyiniz insanlar,
uzun bir sükutdan sonra yardım etməyə çalışsalar da, qəbul etməyin…
Siz çarəsiz vəziyyətdə olduğunuz zaman onlar harda idi?
Tərəzi
Qəfil baş verən hadisələr sizi bir az həyəcanlandırdı,yordu, həddən
artıq sıxdı.
Sizi yeni nailiyyətlər gözləyir. Artıq bu həyatın növbəti
mərhələsinə qədəm qoyursunuz. Əlinizdəki bütün işləri sona
çatdırmağınız son dərəcə vacibdir.
Təsəvvür edin, xəyalınız gerçəkləşsəydi, necə olardı? Həyatınızı
sadələşdirin və bilin ki,İlahi güc də sizin üçün hər şeyin yaxşı
olmasını istəyir. Naməlum yollar, inanlar, hadisələr, işlər sizi
qorxutmasın. Sizin ən böyük uğurunuz bir naməlumun arxasında
gizlidir. Cəsaərtıi olun, risk alın.
Əqrəb
Əqrəb bürcü, maraqlıdır ki, keçmişdə sizə uğursuzluq hissi
yaradanlardan hələ də yapışmışınız.Qorxularınız var. Yenilikdən,
yeni insanlardan, işlərdən qorxursunuz. Bu günlə yaşamağa
çalışın.
Yaxınlarınızla fikri ayrılığı ola bilər. Amma unumayın ki,
həyatınızın sahibi sizsiniz. Kiminsə məsləhəti ilə addım atmayın.
Qərarlarınızı özünüz verin.
İşlərinizi bitirməyə çalışın. Yeni iş fürsətlərini nəzərdən
keçirin.
İlahi güc də zəhmətsevər insanları sevir. Kimsə oturduğunuz yerdə
gətirib sizə pul və ya iş verməyəcək.
Hər bir halda uğur sizin tərəfinizdədir.
Oxatan
Özünüzə və başqalarına qarşı mehriban olun.
Nə baş verdiyini düşünmək üçün vaxt ayırın və bu keçid dövründə
özünüzü balansda saxlamağa çalışın. Kainat sizi şüuraltı zehninizi
dinləməyə çağırır, bu da sizi müəyyən bir məqsədə aparır. Əslində
dəyişik xarakterli birisiniz. Bu ügn istədiyinizi, sabah istəməyə
bilərsiniz.
Odur ki, qərarlı olun, çünkiü qərarsızlıq insana qazandırmır. Bir
addımı atarkən, bir işi seçərkən, bir insanla münaisbət qurmağa
çalışarkən öncə qəlbinizi dinləyin, həqiqətən bunu
istəyirsinizmi?
Yarım qalmış işlərinizə göz gəzdirin, bitirin.
Oğlaq
Bu gün yalnız sizi sakit, bütün və rahat hiss etdirən işlərlə
məşğul olun. Bu günlərdə xatirələr sizi təqib edə bilər.
Xoşagəlməz duyğular tədricən yox olacaq. Fikrinizi dəyişdirin,
psixi sağlamlığınıza diqqət yetirin. İnsanlarla mübahisə etməyin.
Onsuz da hər kəs sizi sizin danışdığınız qədər deyil, öz beyninin
ölçüsü qədər anlayır.
Sevgiyə ehtiyacınız var. Amma problem odur ki, sevə bilmirsiniz. Bu
gün xoşunuza gələn, sabah hansısa bir davranışına görə gözünüzdən
düşə bilir. Mükəmməli axtarırsınız. Çox axtaracaqsınız. Mükəmməl
yoxdur…
Dolça
Problemlərinizi düşünməklə onları həll edə bilməzsiniz. Çünki fikir
etmək hərəkətə keçməyə mane olur.
Beləliklə, qulaqlıqlarınızı taxın və gözəl musiq dinləyin.
İlk işiniz isə, problemin həlli ilə məşğul olmaq olsun. Unutmayın,
maddi sıxıntı çəksəniz əlinizdən tutan olmayacaq.
Odur ki, insanlara arxaalanmayın. “Düşənin dostu olmur” məsələni
düşünüb, ağıllı addımlar atın.
İdmanla məşğul olun. Məsələn qaçış zamnaı düşüncələrinizi toplayıb,
qərarlarınızı verə bilərsiniz.
Tezliklə bütün suallaırnıza cavab tapa biləcəksiniz.
Sevgidə də uğrusuzluq fəslidir.
Balıq
Deyirlər ki, bəxt cəsurların xeyrinədir. Bu, indi dərin səviyyədə
olan bir həqiqətdir. Hazırkı dövrdə dönüş nöqtəsində olduğunuzu
başa düşürsünüz. İstədiyinizə çatmağın yeganə yolu böyük risk
etməkdir. Həyatınız heç vaxt əvvəlki kimi olmayacaq! Ancaq
təhlükəsizlik kəməri haqqında unutmayın.
Həyatın yolları çala-çuxurdur.
Kainat sizə böyük risklər götürmək imkanı verir.
Maddi gəlirlərinizin artacağı gözlənilir. Hər şeyə ağııla qərar
verin, ürək insanı aldada bilir…