“Panorama Tbilisi”nin tikintisindən üç fəhlə yıxılıb (VİDEO)
10:54 / 17.04.2019
“Panorama Tbilisi”nin tikintisindən üç fəhlə
yıxılıb.Daxili İşlər Nazirliyindən "Interpressnews"a
verilən məlumata görə, onların həyatı üçün heç bir təhlükə yoxdur.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq
başlayıb.
Yıxılmış üç fəhlədən ikisi “Amtel Hospital”, biri isə İnqoroğva
klinikasına yerləşdirilib.