Bu il insanlar “Google”da ən çox kimi və nəyi axtarıblar? – SİYAHI
“Google” 2022-ci ildə dünyada ən çox axtarılan sözləri açıqlayıb. Ümumi axtarış nəticələri xəbərlər, insanlar, aktyorlar, idmançılar və mahnılar kimi kateqoriya əsaslı sıralamalar şəklində hazırlanıb. Belə ki, bu il ən çox axtarılan məşhur “Wordle” oyunu olub. Rusiya-Ukrayna müharibəsi də axtarış nəticələrinə təsir edib. Ukrayna ən çox axtarılan xəbərlər sırasında 3-cü, Vladimir Putin isə ən çox axtarılan adamlar arasında 4-cü yeri tutub.

"Marneuli" radiosu 2022-ci ildə “Google”da ən çox axtarılan sözlərin siyahısını təqdim edir:

Ən çox axtarılan sözlər:
  1. “Wordle” oyunu
  2. Hindistan və İngiltərə
  3. Ukrayna
  4. Kraliça Yelizaveta
  5. Ind vs. SA
Ən çox axtarılan xəbərlər:
  1. Ukrayna
  2. Kraliça Yelizavetanın ölümü
  3. Seçkilərin nəticələri
  4. “Powerball” nömrələri
  5. Meymunçiçəyi
Ən çox axtarılan insanlar
  1. Conni Depp
  2. Vill Smit
  3. Ember Herd
  4. Vladimir Putin
  5. Kris Rok
Ən çox axtarılan idmançılar
  1. Novak Cokoviç
  2. Rafael Nadal
  3. Serena Uilyams
  4. Manti Te'o
  5. Şaun Vayt
Ən çox axtarılan filmlər
  1. “Thor: Love and Thunder”
  2. “Black man”
  3. “Top Gun: Maverick”
  4. “The Batman”
  5. “Encanto”
Ən çox axtarılan vəfat etmiş insanlar
  1. Kraliça Yelizaveta
  2. Betti Uayt
  3. Enn Xeçe
  4. Bob Saget
  5. Aaron Karter
Mənbə: lent.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google