XII əsrin I yarısı Azərbaycan şairi, alimi Fələki Şirvani 19 may
1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur.
1622-ci ilin 19 mayında Osmanlı padşahı I Mustafa ikinci dəfə taxta
çıxdı.
1907-ci ilin bu günü Bakıda "Bəhlul" jurnalı nəşrə başlayıb.
Azərbaycanlı şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü
ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı ,
Azərbaycanın Xalq şairi , SSRİ Dövlət mükafatı laureatı ,
Azərbaycanın Əməkdar incəsənət xadimi Rəsul Rza 1910-cu il may
ayının 19-da Azərbaycanda anadan olmuşdur.
19 may 1919-ci ildə Versalda ermənilər Azərbaycan və gürcü
nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı
çıxıblar.
ABŞ-da "Oskar" mükafatı təsis olunub. Bu hadisə 1929-cu ilin bu
günü baş vermişdir.
2011-ci ilin 19 mayında Kütahya Simavda 5.9 gücündə zəlzələ baş
vermişdir. Zəlzələ nəticəsində 3 insan həyatını itirmiş, 120 nəfər
isə yaralanmışdır.