Təbiət insana 200 il yaşamaq şansı verməyib, amma
ömrümüzü sağlam yaşamaq üçün zəngin və faydalı bitkilərlə
mükafatlandırıb.
Bu yazıda oxucuları bədəni möhkəmləndirən,
immuniteti artıran, həmçinin Hindistanda ölümsüzlük iksiri kimi
tanınan reseptlə tanış edirik.
Hələ qədim zamanlardan xalq təbibləri, həkimlər
və kimyaçılar ölməzlik iksirinin reseptini tapmağa çalışırdılar.
Onlar otlardan, meyvə və tərəvəzlərdən müxtəlif cür faydalı
məhlullar və cövhərlər hazırlayırdılar. Amma istənilən vəsaiti
indiyədək icad emək mümkün olmayıb...
Hər halda bəzi uğurlar qazanmaq onlara müvəffəq
olub. Və orta əsrlə dövrünün təbiblərinin hazırladığı reseptlər
orqanizmi möhkəmləndirmək məqsədilə bu günə qədər istifadə
olunur.
Qədim reseptləri araşdıran tarixçilər müəyyən
ediblər ki, ən çox rast gəlinən məhsullar sarımsaqla südün
qarışığıdır. Bu da təəccüblü deyil, axı məşhur təbib İbn Sina da
elə hesab edirdi ki, sarımsaq bir çox xəstəliklərin dərmanıdır.
Bunu müasir elmi araşdırmalar da dəfələrlə sübut edib. İbn Sina
sarımsaqla südün qarışığını hətta ən güclü cavanlıq iksiri
adlandırıb.
Resept:
Kiçik qazana 1 stəkan süd tökürük və onu odun
üstünə qoyuruq. Süd qaynamağa başlayanda 2 diş sarımsağı çox xırda
halda doğrayıb qazana tökürük. Qazanın qapağını bağlayıb soyuması
üçün kənara qoyuruq. 10 dəqiqədən sonra cavanlıq cövhəri hazır
olur.
Sarımsaqlı süd
cövhərini həftədə bir dəfə və 1 stəkan istifadə etmək məsləhət
görülür.
Mənbə: Publika.az