Çətin ləkələri təmizləmək üçün 8 SADƏ VASİTƏ
Çətin çıxan ləkələr qadınları narahat edən başlıca problemlərdən biridir.


Təqdim edilən bu üsullarla ləkələrdən asanlıqla yaxa qurtara biləcəksiniz.

Buz

Şam ləkələrindən və yapışmış saqqızdan buz kubları ilə onları donduraraq yaxa qurtara bilərsiniz. Eyni şəkildə ləkəli paltarı soyuducuya qoyaraq da bu ləkələrin donaraq itməsinə şərait yarada bilərsiniz.

Diş fırçası

Diş fırçaları vəziyyətlərinə görə fərqli məqsədlərlə istifadə oluna bilər. Köhnə diş fırçaları əl çatmayan yerlərdə yaranan kifləri qaşımaq üçün idealdır. Həmçinin istifadə etmədiyiniz diş fırçası ilə yağ ləkələrini də ovalaya bilərsiniz.

Rezin əlcək

Bu tip əlcəklər adətən təmizlik edərkən əlləri qorumaq məqsədi ilə taxılır. Amma rezin əlcəklərlə divan və kreslolarınızda yığılıb qalan heyvan tüklərini və tozları təmizləyə bilərsiniz. Bunun üçün əlcəkləri əlinizə taxın və həmin tükləri, tozları əlinizlə süpürün. Əlcəyə yapışan tüklərdən və tozdan onu suya salaraq qurtula bilərsiniz.

Qulaq çöpləri

Kompüterinizin klaviaturasının aralarını və bu kimi nazik yerlərdə yığılan yağ və toz ləkələrini qulaq çöpləri vasitəsilə təmizləyə bilərsiniz.

Kağız dəsmal

Maye ləkələri əmərək təmizləyən kağız dəsmal şam ləkələrini təmizləməkdə də sizə kömək edər. Bunun üçün kağız dəsmalı ləkənin üzərinə sərin. Azacıq qızdırılmış ütü ilə üzərinə yavaşca basın. Parçadakı şam kağız dəsmal tərəfindən əmiləcək.

Korşalmış bıçaq

Korşalmış bıçaqla sərt yerlərdəki ləkələri qaşıya bilərsiniz.

Aseton

Səhvən paltarınıza damcılayan dırnaq boyasını aseton ilə təmizləyə bilərsiniz.

Mineral su

Qırmızı şərab kimi incə piqmentli ləkələri çıxarmaq üçün təsirli olan mineral suyu ləkənin üzərinə töküb, yarım saat saxlayaraq mükəmməl nəticəyə nail ola bilərsiniz.

Print ელ. ფოსტა
FaceBook Twitter Google