Sadə tərkibi sous sinə xərçəngi riskini azaldır
Amerikanın Baffalo və Puerto-Riko Universitetlərinin alimləri soğan və sarımsağın sinə xərçəngi yaranma riskini azalda biləcəyini müəyyən edib. Tədqiqatın nəticələri "Nutrition and Cancer" jurnalında dərc edilib.

Marneulifm deyerler.org-a istinadən bildirir ki, aparıcı tədqiqatçı doktor Qauri Desai, sofrito sousu yeyən puerto-rikolu qadınlarda sinə xərçəngi yaranma riskinin 67% aşağı olduğunu qeyd etmişdir. Ən çox sevdikləri sousun əsas maddələri soğan və sarımsaqdan ibarətdir.

Desai, tədqiqatlarını soğan və sarımsağın şişlərin inkişaf riski üzərində təsirinə dair əvvəlki işlərinə əsaslandığını qeyd edir. Digər alimlər soğan və sarımsağın flavonoidlər və orqanosulfur birləşmələri ilə zəngin olduğunu izah edirlər. "İnsanlarda və üzərində təcrübə aparılan heyvanlarda bu birləşmələrin antikonserogen xüsusiyyətləri üzə çıxır", - deyə Baffalo Universitetinin epidemiologiya və ətraf mühitin sağlamlığı kafedrasının dosenti bildirmişdir.

Tədiqatlar, sinə xərçəngindən əziyyət çəkən 314 qadın daxil olmaqla 346 xəsətənin iştirakıyla 2008-2014-cü illər arasında aparılmışdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google