Bu amillər qadın sonsuzluğuna təsir edir - Məşhur ginekoloq AÇIQLADI
“Yumurta ehtiyatı ana olmaq istəyənlər üçün vacib
bir meyardır.
Stress bu ehtiyatların ən böyük düşmənidir! Stress hətta yumurta
ehtiyatını azaldaraq qadınlarda sonsuzluğa gətirib çıxara
bilər”.
Publika.az xəbər verir ki, bu sözləri türkiyəli ginekoloq Kənan
Çalışqan açıqlamasında deyib. O, bildirib ki, yumurta ehtiyatı yaş,
ətraf mühit, genetik amillər və stress kimi bir çox amillərdən
dolayı azalmağa başlayır:
“Ətraf mühit amilləri və stress çox vacibdir. Ətraf mühitdə kimyəvi
maddələrin təsiri, həyat tərzi, GMO-lu qidalar qadının hamilə
qalmasına birbaşa təsir göstərir. Yumurta ehtiyatları menopoz
dövrünü təyin edir. Yumurta ehtiyatını qiymətləndirmək üçün qadının
15-45 yaş arasında olması nəzərə alınmalıdır. Qadının keçirdiyi
əməliyyat, kimyəvi terapiya, radioterapiya, siqaret və ya alkoqol
istifadəsi yaş faktoru ilə birlikdə ehtiyatın azalmasına təsir
göstərir”.
Ginekoloqun sözlərinə görə, testlərlə qadının təxminən nə qədər
yumurta ehtiyatı qaldığını müəyyən etmək mümkündür: “15 yaşlı uşaq
ilə 45 yaşlı qadının yumurtaları eyni deyil. 45 yaşdan sonra hamilə
qalmaq şansı çox aşağı olur və menopoz dövrü başlayır. 35 yaşdan
sonra haməlilik şansı xeyli azalmağa başlayır. Yaş ən vacib
amildir. Getdikcə yumurtalar yox olur. Odur ki, yumurta ehtiyatı
çox olmayan xəstələri mövcud yumurtalardan istifadə etmək üçün süni
mayalanmaya yönəldirik. Bunun üçün də əvvəlcə xəstənin sonsuz
olub-olmadığını müəyyənləşdirmək lazımdır. Sonsuz olan xəstə 35
yaşdan kiçikdirsə və bir il ərzində uşağı olmayıbsa, dərhal
müalicəyə başlayırıq. 35 yaşdan yuxarıdırsa, gözləmirik, çünki
yumurtalar azalmağa doğru gedir, odur ki, dərhal süni mayalanmaya
başlayırıq”.
Mənbə -Publika.az