Təzqiyin ölçülməsində yol verdiyiniz 5 SƏHV - Nəticə düz olmur
Çox
insanlar istər elektron, istər mexanik təzyiq aparatı ilə arterial
təzyiqini özləri ölçdükdə bu səhvləri edir.
Qaydaları bilməmək və düzgün ölçməmək təzyiqi yanlış göstərir və
dərmanın dozasını düzgün seçməyə mane olur. Bu isə təhlükəli ola
bilər.
Medicina.az təzyiq ölçərkən yol verilən ən yayılmış 5 səhvi təqdim
edir:
1. Bir qolda ölçürsüz
Bu, aşağı rəqəm verə bilər və insanı çaşdırar. Qaydaya görə, təzyiq
hər iki qolda ardıcıl ölçülməlidir. Adətən bir qolda təzyiq o
birindən aşağı olur. Həlledici rəqəm yüksək olan rəqəmdir.
Eləcə də xəstədə hipertoniya diaqnozunu dəqiqləşdirəndə monitorinq
apararkən hər iki qolda aparılır. Hansı qolda təzyiq çox vaxt
yüksək olursa, gələcəkdə bu qolda ölçmək kifayətdir
2. Manjet ya boşdur, ya da çox
sıxır
Bu da yalançı nəticə verir. Təzyiq olduğundan yüksək çıxır.
Eləcə də manjeti lazım olduğundan çox sıxmaq da yuxarı təzyiqi
aşağı, aşağı təzyiqi isə yuxarı göstərəcək.
3. Qol geyimin altında sıxılır
Çox vaxt təzyiqi ölçəndə paltarın qolunu yuxarı çəkib çiyindən qolu
sıxırsızsa, bu zaman təzyiq olduğundan yüksək göstərəcək. Nazik
köynək, koftada həkimlər qolu çirmələmədən, manjeti üstdən
bağlamağı tövsiyyə edir.
4. Yemək yedikdən sonra təzyiqi
ölçürsünüz
Yemək yeyəndəndərhal sonra təzyiqi ölçmək düzgün deyil. Qida,
xüsusilə ağır və yağlı yeməklər, təzyiqi qaldırır. Təzyiqi yeməkdən
1 saat sonra və ya əvvəl ölçün.
5. Çay, qəhvə və spirtli içkidən sonra
ölçürsünüz
Tünd çay və qəhvə təzyiqi qaldırır. Amma alkoqollu içkini içdikdən
sonrakı 30 dəqiqədə damarlar genişlənir, təzyiq bir az aşağı düşür.
Daha sonra isə olduğundan da yuxarı qalxır. Ona görə bu içkilərdən
bir qədər sonra təzyiqi ölçün.