UEFA İspaniyanın “Barselona” klubunu bir il müddətinə
avrokuboklardan kənarlaşdıra bilər.
Buna səbəb klubun İspaniyanın Texniki Hakimlər Komitəsinin keçmiş
vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlər
etməsidir.
Qitə futbol qurumunun nizam-intizam əsasnaməsində qeyd olunduğu
kimi, klublar həm milli, həm də beynəlxalq səviyyədə oyunların
nəticələrinə təsir göstərmək üçün qeyri-qanuni üsullardan istifadə
edə bilməzlər. Komandalar qaydanı pozarsa bir mövsüm, çox ciddi
qayda pozuntularına görə isə üç il müddətinə avrokuboklarda
iştirakdan məhrum edilə bilərlər.
“Barselona”nın Neqreyraya ödənişlərində də mümkün korrupsiya
qalmaqalı araşdırılır. Məsələ ilə bağlı qərar iyunda veriləcək.