Həkim-dietoloqlar uzun müddət bananın faydası və ziyanını, eyni
zamanda orqanizmə təsirini öyrəniblər. Bananın tərkibi
karbohidartlarla zəngin olduğu üçün ilk növbədə enerji mənbəyi
sayılır.
Bananın faydası və zərəri haqqında yazını təqdim
edir:
İlk növbədə bildirək ki, banan kalium mənbəyidir. Dietoloqların
hesablamalarına əsasən, üç bananın tərkibində orqanizmin sutkalıq
kalium norması var. Bu isə ürək-damar sisteminin normal
fəaliyyətinə şərait yaradır. Məhz bu səbəbdən həkimlər hipertoniya
və aritmiyadan əziyyət çəkən insanlara banan yeməyi məsləhət
görürlər. Bundan əlavə, bananın tərkibində olan kalium qan
təzyiqini də aşağı salır.
Bu tropik meyvə anemiyanın müalicəsində də istifadə edilir. Çünki
onun tərkibində dəmir var. Bu mikroelement qanı artırır, orqanizmin
qan dövranı funksiyasını yaxşılaşdırır. Bananın tərkibində olan
maqnezium stresslərin yaranma ehtimalını azaldır. Bu isə yaz
avitaminoz və payız depressiyası dövründə böyük rol oynayır.
Sözügedən dövrlərdə insanın sinir sistemi bu və ya digər stress
vəziyyətlərinə görə daha çox ziyana məruz qalır.
Banan mədə üçün çox yumşaq qidadır. Məsələ burasındadır ki, bananın
bitki bazası lifdir, bu isə mədənin selikli qişasına müsbət təsir
edir, mədə divarını qətiyyən zədələmir.
Bundan əlavə, banan qidanın intensiv və düzgün həzmini həyata
keçirdiyi üçün orqanizmdəki artıq mayenin ifraz edir.
Eyni zamanda bananın tərkibinin sellülozla zəngin olduğunu qeyd
etmək lazımdır. Bu xüsusiyyəti sayəsində banan yumşaldıcı vasitə
kimi də istifadə edilir və qəbzlikdən əziyyət çəkən insanlara
məsləhət görülür.
Bundan əlavə, qida sahəsi üzrə mütəxəssislər qeyd ediblər ki,
bananın tərkibində elə maddələr var ki, strukturuna görə serotoninə
(xoşbəxtlik hormonu) oxşardır. Bu maddələr müntəzəm olaraq banan
qəbul edən insanlara daha şən olmağa və özünü güclü hiss etməyə
şərait yaradır. Bu insanların əhval-ruhiyyəsi qalxır və zehni
fəaliyyətləri aktivləşir.
Təəssüf ki, bütün faydaları ilə yanaşı bananın orqanizmə ziyanı da
var. Məsələn, qan laxtalanması yüksək olan insanlar üçün banan
yemək olmaz. Bundan əlavə, artıq çəkidən və şəkərli diabetdən
əziyyət çəkən insanlara da banan məsləhət görülmür.
İnfarkt, ürəyin işemik xəstəliyi və tromboflebit zamanı da banan
məsləhət görülmür. Bəzən isə banan qarında köpə də səbəb olur.
Unutmayın, banan qidalı və faydalı tropik meyvədir. Banan qəbul
etmək insana vitaminlər və minerallar arasında orqanizmin balansını
dəstəkləməyə imkan verir. Təəssüflər olsun ki, hər insana banan
yeməyə icazə verilmir, çünki bu meyvənin orqanizmə faydası olduğu
kimi ziyanı da var.
Saglamolun.Az