Kakao və buna bənzər qidaların tərkibindəki flavonoidlərin
antioksidant komponentlərinin beyində yaddaş funksiyalarını
yaxşılaşdırdığı və yaşa bağlı zehni geriləməni azaltdığı müəyyən
edilib.
“Tech Explorist”də çıxan məqaləyə görə, Kolumbiya Universitetində
flavonoid istehlakı ilə yaddaş arasındakı əlaqə araşdırılıb.
Tədqiqatda 3500 subyektə 3 il ərzində gündə 500 milliqram flavonoid
həb və ya plasebo verilib.
Bitki və meyvələrə rəng verən
flavonoid (flavan-3-ol) komponentinin
gündəlik 500 milliqram əlavə olaraq verilməsi ilə subyektlərin söz
ehtiyatı və düşüncə sürətini yaxşılaşdığı müşahidə edilib. Bu qida
əlavəsi yaşla əlaqəli yaddaş funksiyası olanları yaxşılaşdırıb,
zehni geriləmə xəstəliyi olan Alzheimer üçün tətbiq olunmayıb.
Qeyd edək ki, flavonoid yaşıl çay, yaşıl yarpaqlı tərəvəzlər, qara
qarağat, soğan, alma, albalı, şaftalı, limon, üzüm və sitrus
meyvələri də daxil olmaqla bir çox meyvə və tərəvəzin tərkibində
var.
Kolumbiya Universiteti və “Brigham” Qadın Xəstəxanasının birgə
apardığı araşdırma “PNAS” jurnalında dərc olunub.
Saglamolun.Az